Bakı,
Azərbaycan
18.04.25
-
18.05.25
İş haqqında məlumat
- Marketinq strategiyasının hazırlanması və icrası: Şirkətin məqsəd və hədəflərinə uyğun qısa və uzunmüddətli marketinq planlarını hazırlamaq və həyata keçirmək;
- Rəqəmsal marketinq fəaliyyətləri: SEO, SEM, e-mail marketinq, sosial media kampaniyaları və digər onlayn platformalar vasitəsilə markanın tanıtımını təşkil etmək;
- Bazar araşdırması və analiz: Bazardakı trendləri izləmək, rəqib analizi aparmaq və müştəri ehtiyaclarını müəyyən etmək;
- Brend menecment: Şirkətin brend strategiyasını inkişaf etdirmək, brend imicini qorumaq və gücləndirmək;
- Reklam və PR kampaniyalarının təşkili: Reklam materiallarının hazırlanması, media planlaması və PR fəaliyyətlərinin idarə olunması;
- Müştəri əlaqələrinin idarə olunması: Müştəri məmnuniyyətinin artırılması üçün strategiyalar hazırlamaq və onların icrasına nəzarət etmək;
- Büdcənin planlaşdırılması və idarəsi: Marketinq fəaliyyətləri üçün büdcə hazırlamaq, xərclərə nəzarət etmək və ROI analizləri aparmaq;
- Komanda idarəçiliyi: Marketinq komandasının işini koordinasiya etmək, komanda üzvlərinə rəhbərlik və motivasiya vermək;
- Təchizatçılar və partnyorlarla əlaqə: Reklam agentlikləri, dizayn studiyaları və digər xarici tərəfdaşlarla iş birliyi qurmaq və idarə etmək;
- Hesabatların hazırlanması: Marketinq fəaliyyətləri ilə bağlı mütəmadi hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək
Təklif edirik:
- 8 saat iş rejimi - 09;00 -18;00;
- Hibrid formada işləyəcək ( Neftçala və Bakı).
Tələblər
- Təhsil: Ali təhsil (marketinq, biznesin idarə edilməsi, kommunikasiya və ya əlaqəli sahə üzrə)
- İş təcrübəsi: Müvafiq sahədə minimum 3-5 il iş təcrübəsi (menecer vəzifəsində üstünlük verilir);
- Marketinq bilikləri: Rəqəmsal marketinq, sosial media menecmenti, SEO/SEM, brendinq və reklam strategiyaları sahəsində geniş biliklər;
- Analitik bacarıqlar: Bazar araşdırması, rəqəmsal analiz alətləri (Google Analytics, Meta Business Suite və s.) ilə işləmək bacarığı;
- Yaradıcılıq və təşəbbüskarlıq: Yeni ideyalar təklif etmək və onları həyata keçirmək bacarığı;
- Liderlik və komanda idarəçiliyi: Komanda ilə işləmək, rəhbərlik etmək və layihələri koordinasiya etmək bacarığı;
- Kommunikasiya bacarıqları: Yazılı və şifahi ünsiyyət bacarıqları, təqdimat etmə qabiliyyəti;
- Texniki biliklər: MS Office proqramları və marketinq alətləri ilə yüksək səviyyədə işləmə bacarığı;
- Dil bilikləri: Azərbaycan dili səlis, ingilis dili (orta/yüksək səviyyədə), rus dili (arzuolunandır);
- Vaxtın idarə olunması: Çoxsaylı layihələr arasında prioritetləri müəyyən etmək və tapşırıqları vaxtında yerinə yetirmək bacarığı.