Bakı,
Azərbaycan
05.06.2025 09:38
-
05.07.2025 12:00
İş haqqında məlumat
- Bazar araşdırmalarının planlaşdırılması və həyata keçirilməsi;
- Mövcud və potensial bazarların təhlili;
- Müştəri ehtiyacları, rəqib fəaliyyətləri və trendlərlə bağlı məlumatların toplanması;
- Sorğular, fokus qruplar və digər tədqiqat metodlarından istifadə edərək məlumatların toplanması və təhlili;
- Toplanmış məlumatların strukturlaşdırılması və statistik təhlili;
- Marketinq strategiyalarına dəstək məqsədilə analitik hesabatların hazırlanması;
- Rəhbərliyə əsaslandırılmış təklif və nəticələrin təqdim olunması;
- Alıcı araşdırmaları nəticələrinə əsaslanaraq yeni məhsul, xidmət və ya kampaniyalar üçün təkliflər vermək;
- Şirkətin brend mövqeyinin gücləndirilməsinə dəstək göstərmək;
- Rəqib analizləri apararaq rəqabət üstünlüyü yaratmaq üçün strategiyalar irəli sürmək;
- Alıcı yayımı işlərini idərə etmək (araşdırma dəstəyi ilə), bazardakı çeşidlərin çoxaldılmasını təmin etmək (satış kateqoriyasına və çeşid kateqoriyasına görə müqayisə etmə /benchmarking), yayım işləri üçün ehtiyacları təyin etmək, həmçinin həyata keçirməni təşkil etmək;
- Kampaniya planlaması və idarə edilməsini həyata keçirmək;
- Müştəri ehtiyaclarına bağlı olaraq bazardakı çeşidləri yenidən təşkil etmək (bərabərləşdirmək);
- Müxtəlif maraqlı layihələrdə iştirak və peşəkar inkişaf imkanı;
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə;
- İş yeri: Bakı şəhəri;
- İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək.
Tələblər
- Məlumatları düzgün təhlil etmək, əsas nəticələri çıxarmaq və strategiyalara çevirmək qabiliyyəti;
- Müxtəlif auditoriyalara aydın və təsirli şəkildə məlumat çatdırmaq;
- Yazılı və şifahi ünsiyyət bacarığının yüksək səviyyədə olması;
- Sorğu dizaynı, fokus qrup idarəetməsi və sahə araşdırmaları aparmaq təcrübəsi;
- İkincil mənbələrdən məlumat toplamaq bacarığı (bazar hesabatları, rəqəmsal alətlər və s.);
- Excel, SAP, Power BI, Google Analytics, Tableau və ya digər analitik alətləri bilmək;
- Anket platformaları (SurveyMonkey, Google Forms və s.) ilə işləmə təcrübəsi;
- Araşdırma nəticələrini şirkətin məqsədləri ilə əlaqələndirmək bacarığı;
- Yeni layihələr və təşəbbüslərlə çıxış etmək;
- Problemlərin həll olunmasında kreativ yanaşma;
- Komandada işləmək bacarığı;
- Stressə davamlılıq və vaxtın idarə edilməsi bacarığı.