Bakı,
Azərbaycan
11.04.25
-
11.05.25
İş haqqında məlumat
- Şirkətin hədəf auditoriyasını anlamaq üçün onu daim təhlil etmək və faydalı məlumatları aşkar etmək;
- Bazarda şirkətin tanıtımını artırmaq və imicini möhkəmləndirmək məqsədi ilə kreativ kontentlər yaratmaq və müxtəlif platformalarda yerləşdirmək (sosial şəbəkələrdə, şirkətin saytında, email paylaşım və.s);
- Yeni müştərilərin sayını artırmaq üçün müxtəlif reklam kampaniyalarını yaratmaq və onları idarə etmək (sosial şəbəkələrdə, google-da və digər platformalarda);
- Şirkətin reklam fəaliyyətini mütəmadi olaraq təhlil etmək və onun effektivliyini qaldırmaq;
- Müştəri məmnunluğunu artırmaq məqsədi ilə daim müştərilər ilə əlaqədə olmaq, onları sorğulamaq, fikirlərini və istəklərini öyrənmək;
- İş qrafiki: Həftə ərzində 5 iş günü, iş saatları 09:00-dan 18:00-dək;
- Nahar fasiləsi verilir;
- AR Əmək Məcəlləsi əsasında sənədləşmə;
- İcbari tibbi sığorta;
- Ünvan: Əhməd Rəcəbli 27b (Şəki restoranının yaxınlığı).
Tələblər
- Pozitiv və müştəri yönümlü;
- Təhlil etmə bacarığı;
- Yaradıcılıq: Müştərilərin diqqətini cəlb edəcək unikal və cəlbedici kontent yaratmaq bacarığı;
- Rəqəmsal marketinq bilikləri: Sosial şəbəkələr, google ads, youtube, email marketinq və digər onlayn alətlərdə təcrübə;
- Analitik alətlər üzrə biliklər: Marketinq kampaniyalarının effektivliyini qiymətləndirmək üçün veb-analitika alətləri (Google Analytics, Yandex.Metrica və s.) ilə işləmək bacarığı;
- CRM ilə işləmə təcrübəsi üstünlükdür;
- Ünsiyyətcil, xoş rəftar;
- Rus və İngilis dillərini bilmək üstünlükdür.