Improtex Group

Marketinq üzrə menecerin köməkçisi

Improtex Group
1000 ₼
2289
Tam iş günü
Bakı, Azərbaycan
01.09.2025 11:23 - 01.10.2025 12:00

İş haqqında məlumat

  • İşgüzar sənədlərin və press-relizlərin tərcüməsinin təmin edilməsi;
  • Marketinq üzrə menecerin gündəlik tapşırıqlarının yerinə yetirilməsi;
  • Rüblük hesabatların hazırlanmasında iştirak;
  • Müştəri və rəhbərlik müraciətləri əsasında cavab məktublarının və arayışların tərtib olunması;
  • Sosial media platformalarında paylaşımların yerləşdirilməsi;
  • Ofisdaxili işlərin təşkili və ümumi iş prosesinə dəstək göstərilməsi;
  • Zəruri hallarda rəhbərliyin tapşırığı ilə sənədlərin ofisdən kənara çatdırılması və əlaqədar işlərin icrası.

İş qrafiki:

  • 6 günlük iş həftəsi, Şənbə - qısaldılmış iş günü;
  • Nahar fasiləsi: 13:00 – 14:00.

Əmək haqqı: 1000 AZN

Maraqlanan şəxslər öz CV-lərini Müraciət Et düyməsində qeyd olunan e-mail ünavnına göndərə bilərlər. Uyğun olmayan namizədlərin CV-lərinə baxılmayacaq.

Tələblər

  • Bəy namizədlərə üstünlük veriləcəkdir;
  • Ali təhsil (Marketinq ixtisası üzrə təhsil üstünlük sayılır);
  • Azərbaycan dili ilə yanaşı rus və ingilis dillərində sərbəst ünsiyyət bacarığı;
  • Müvafiq sahə üzrə 1-2 il iş tərübəsi;
  • Ünsiyyət qurma bacarığı;
  • Komanda ilə işləməyi bacarmalı;
  • Analitik düşünmə qabiliyyətinə malik olmalı;
  • Təşəbbüskar və fəal olmalı;
  • Məsuliyyətli olmalı, üzərinə düşən vəzifəni vaxtında icra etməli;
  • Düzgün və dəqiq olmalı.


Oxşar vakansiyalar