Bakı,
Azərbaycan
29.08.2025 03:13
-
29.09.2025 12:00
İş haqqında məlumat
- Zəruri olan arayış və məlumatları hazırlayıb təqdim etmək;
- Pərakəndə satış üzrə hesabatların hazırlanmasında iştirak etmək;
- Satışların gündəlik monitorinqi, Cəmiyyətin mağazası və satış sisteminə nəzarət olunmasında iştirak etmək;
- Rəqəmsal, reklam, kommunikasiya və kreativ istiqamət üzrə marketinq layihələrinin strateji istiqamətinin təyin edilməsində iştirak etmək;
- Şöbənin fəaliyyət istiqamətlərinə uyğun olaraq Cəmiyyətin satışa çıxardığı pərakəndə məhsullar üzrə alıcıların tədqiqi, cari bazar vəziyyəti və rəqiblər barədə məlumatların analizinin hazırlanmasında iştirak etmək;
- Şöbənin fəaliyyət istiqamətlərinə uyğun olaraq Cəmiyyətin marketinq siyasətinin inkişaf etdirilməsi ilə əlaqədar potensial strateji tərəfdaşlıq əlaqələrinin qurulmasında iştirak etmək;
- Şöbənin fəaliyyət istiqamətlərinə uyğun olaraq Cəmiyyətin satış mağazaları ilə işin əlaqələndirilməsində, mağazaların fəaliyyəti haqqında hesabatların təqdim edilməsində iştirak etmək;
- Sektorun fəaliyyət istiqamətlərinə uyğun olaraq mövcud məhsul qalıqlarına nəzarət edilməsində iştirak etmək;
- Şöbənin dövrlər üzrə iş planının tərtib edilməsində və müvafiq hesabatların hazırlanmasında iştirak etmək;
- Sektorun layihələr üzrə iş həcmlərinin hazırlanması və müvafiq proseslərdə iştirak etmək;
- Rəhbərlik tərəfindən verilən və bu vəzifə təlimatı ilə uyğun gələn göstəriş və tapşırıqları, bilavasitə rəhbərini məlumatlandırmaqla icra etmək.
Tələblər
- Dil bilikləri: Azərbaycan dili səlis, Rus dili, İngilis dili arzuolunandır ;
- Microsoft Office proqramında yaxşı işləmə bacarıqları;
- Korporativ ünsiyyət, əməkdaşlıq, məsuliyyətlilik, nizam-intizam, stresə davamlı;
- İşgüzar yazışma qaydalarını bilməlidir;
- Biznes və maliyyə üzrə bilikləri olmalı;
- Bazarda olan tələbatı təhlil etmək və hədəf auditoriyanı müəyyənləşdirmək bacarığına malik olmalı;
- Yeni texnologiyalar, onlayn marketinqə dair qabaqcıl trendlərdən məlumatlı olmalı;
- Marketinq sahəsində müvafiq sertifikatlara malik olması arzuolunandır.
Tələb olunan təhsil və iş təcrübəsi:
- Marketinq, Biznesin idarəolunması, İqtisadiyyat və oxşar sahələr üzrə Ali təhsil;
- Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
- Satış strategiyasının qurulmasında təcrübə üstünlükdür.