Bakı,
Azərbaycan
03.09.2025 10:01
-
03.10.2025 12:00
İş haqqında məlumat
- Məhsulun inkişaf yol xəritəsinin (roadmap) hazırlanmasında və həyata keçirilməsində Product Owner-a dəstək olmaq;
- İstifadəçi hekayələrinin (user stories) yazılmasında, backlog-un idarə olunmasında və prioritetləşdirilməsində iştirak etmək;
- Biznes tələblərini toplamaq, analiz etmək və texniki komandaya ötürmək;
- Rəqib məhsulları, bazar trendlərini araşdırmaq və təhlil etmək;
- Gündəlik görüşlərdə komanda ilə birgə iştirak etmək;
- İdeyaların real məhsula çevrilməsi prosesində aktiv rol almaq.
Namizədə təqdim olunan üstünlüklər:
- Real layihələr üzrə məhsul idarəçiliyi prosesində praktiki təcrübə qazanmaq;
- Mentor dəstəyi və şəxsi inkişaf imkanı əldə etmək;
- “ATL Tech” tərəfindən maliyyələşdirilməklə peşəkarlığınızı artırmaq məqsədi ilə “ATL Academy” üzrə kurslarda iştirak imkanı əldə etmək;
- Uğurlu nəticə göstərən namizədlər üçün gələcəkdə “ATL Tech” ilə əməkdaşlıq fürsəti əldə etmək.
Müraciətlərinizi mövzu hissəsində “Məhsul sahibi – Təcrübəçi və ya Product Owner Intern” qeyd etməklə Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına yönləndirə bilərsiniz.
Tələblər
- İqtisadiyyat, Biznes İdarəçiliyi, İnformasiya Texnologiyaları və ya əlaqəli sahələr üzrə təhsil;
- Agile/Scrum metodologiyası haqqında ilkin anlayışa sahib olmaq;
- SQL və Python üzrə biliyə sahib olmaq;
- Analitik düşüncə və problem həll etmə bacarığı;
- Səlis şifahi və yazılı ünsiyyət və təqdimat qabiliyyəti;
- Azərbaycan dili səlis (İngilis dili biliyi arzu olunandır).