Bakı,
Azərbaycan
10.04.25
-
10.05.25
İş haqqında məlumat
- Mobil və Sabit İnternet bizneslərinin məhsul inkişaf strategiyalarının uyğunlaşdırılması və icrasına dəstək göstərilməsi;
- Məhsul inkişaf proseslərinə yeni texnologiyaların və süni intellekt əsaslı innovativ həllərin tətbiqi;
- Sabit biznes üçün məhsul və xidmət strategiyalarının inkişaf etdirilməsi və tətbiq edilməsi;
- Şirkətin kommersiya məqsədlərinə uyğun məhsul və xidmətlərin texniki tələblərinə riayət edilməklə hazırlanmasında iştirak;
- Məhsul və xidmətlər üçün biznes əsaslandırmaların hazırlanması və icrasında iştirak;
- Yeni məhsulların Mobil və Sabit İnternet biznesinə aid texniki və biznes tələbatlarının hazırlanmasına dəstək;
- Şirkətə aid məlumatların və şifrələrin məxfiliyinin qorunması.
Tələblər
- İqtisadiyyat, Marketinq və ya Menecement üzrə Ali təhsil;
- Marketinq, Layihələrin Idarəolunması və ya müvafiq sahələrdə ən azı 3 il iş təcrübəsi; (Telekommunikasiya sahəsində təcrübə əlavə üstünlük hesab olunur).
Sizdən tələb olunan bacarıq və səriştəliklər:
- Müştəri yönümlü;
- Kreativlik;
- Nəticə yönümlü;
- Strukturlu və metodoloji düşünmə qabiliyyəti;
- Analitika qabiliyyəti;
- Layihələri idarə etmə bacarığı;
- Paralel olaraq müxtəlif layihə, tapşırıqları idarə etmə və təqib etmə qabiliyyəti;
- Komanda işi və əməkdaşlıq;
- Yeniliklərə öyrənməyə yüksək motivasiyalı;
- Yüksək dəqiqlik və detallara diqqət yetirmə;
- Azərbaycan və İngilis dillərini səlis bilmək (Rus dili əlavə üstünlükdür);
- MS Office proqramlarını bilmək.