Ideovate Consulting
800 - 1000 ₼
1271
Tam iş günü
Bakı, Azərbaycan
17.07.2025 11:16 - 17.08.2025 12:00

İş haqqında məlumat

  • Pet plastik butulkaların yuyulması, doğranılması üzrə liniya avadanlığının, qramulyator, kompressor aparatlarının sazlanması və texniki baxışının təmin edilməsi;
  • Suyu istitmə və soyutma adanlıqlarının sazlanması və texniki baxışının təmin edilməsi;
  • Avadanlıq və qurğuların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasını təmin etmək;
  • Mütəmadi olaraq avadanlıqlara və qurğulara baxış, sınaq və profilaktik təmir işlərinin təyin və təşkil edilməsi;
  • İstehsalatın texniki hazırlığını təmin etmək. Tələb olunarsa təmir üçün podrat təşkilatları ilə planları (qrafikləri) razılaşdırmaq, onları lazımi texniki sənədlərlə təmin etmək, əsaslı təmir üçün siyahı tutulmasında iştirak etmək;
  • Tələb olunan ehtiyat hissələrinin düzgün təyin edilməsi və bununla bağlı məlumatın məsul şəxsə ötürülməsi;
  • Təmir edilən avadanlığın konstruktiv xüsusiyyətlərini, mexanizmini və kinematik sxemlərini, təmir, quraşdırma və montaj metodlarını bilməli, təmir edilmiş avadanlığın dəqiqliyi və təcrübədən keçməsinin yoxlanmasının təmin edilməsi;
  • Şirkətin daxili qaydalarına ciddi əməl edilməsi;
  • Texniki-təhlükəsizlik qaydalarına ciddi əməl edilməsi;
  • Rəhbərliyin işlə bağlı tapşırıqlarının vaxtında icra edilməsi;
  • İş rejimi: həftənin 6 günü;
  • İş saatları: 09:00-dan 18:00-dək;
  • Ünvan: Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Zığ yolu küçəsi, Gəncə Prospekti 749.

Tələblər

  • Vətəndaşlığı: Azərbaycanlı;
  • Cins: Kişi;
  • Təhsil səviyyəsi: Sahə üzrə peşə təhsili;
  • Yaş həddi: 25-55 aralığı;
  • Stressə davamlı və işində müntəzəm və dəqiq olmalıdır.


Oxşar vakansiyalar