North West Construction

Mikrotunel işləri üçün Briqadir

North West Construction
Ə/h razılaşma ilə
1568
Tam iş günü
Salyan, Azərbaycan
19.06.2025 23:57 - 19.07.2025 12:00

İş haqqında məlumat

  • Mikrotunel işlərinin sahədə düzgün və vaxtında icrasını təmin etmək;
  • İşçi heyətinin gündəlik iş bölgüsünü təşkil etmək və nəzarət etmək;
  • İş planlarına və layihə qrafikinə uyğun olaraq işlərin irəliləyişinə rəhbərlik etmək;
  • Qazma trayektoriyasının layihəyə uyğun aparılmasını təmin etmək;
  • Geotexniki və hidrogeoloji şəraitə uyğun tədbirlər görmək;
  • İstifadə olunan boruların və materialların uyğunluğunu yoxlamaq;
  • Layihə mühəndisləri, texniki nəzarətçilər və podratçılarla koordinasiyalı şəkildə işləmək;
  • Sahədə görülən işlərin foto və video sənədləşdirilməsinə nəzarət etmək;
  • Problemləri və texniki nasazlıqları vaxtında bildirərək, həll yolları təklif etmək;
  • Lazımi materialların vaxtında təchiz olunmasını təmin etmək üçün sifarişləri əlaqələndirmək;
  • Avadanlıqların saz vəziyyətdə saxlanmasına nəzarət etmək;
  • Gündəlik iş hesabatları hazırlamaq və tikinti rəhbərinə təqdim etmək.

Tələblər

  • Mikrotunel və ya TBM (Tunel Qazma Maşını) layihələrdə təcrübə (minimum 1-3 il);
  • Mikrotunel qazma, boru itələmə, TBM avadanlıqları və mikrotunel prosesinin ardıcıllığı barədə biliklər;
  • Tikinti layihələrinin və texniki planların oxunması və icrasına nəzarət etmək bacarığı;
  • Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına ciddi əməl etmək və heyətə nəzarət etmək bacarığı;
  • Rus və ya ingilis dili bilikləri arzuolunandır (müasir TBM avadanlıqlarının proqram təminatını başa düşmək üçün üstünlükdür).