Santral Elektrik LTD
700 ₼
1642
Tam iş günü
Bakı, Azərbaycan
05.08.2025 04:55 - 05.09.2025 12:00

İş haqqında məlumat

Santral komandası yeni başlayan və enerjili Mobiloqraf  axtarır! Əgər sən Reels, Stories çəkməyi bacarırsan, TikTok və Instagram trendlərinə maraqlısan və marketinq sahəsində inkişaf etmək istəyirsənsə — sənə ehtiyacımız var!

  • Məhsullarımız barədə qısa videolar (Reels, Stories) çəkmək və montaj etmək;
  • Canlı yayım edərək yenilikləri izləyicilərə təqdim etmək;
  • Məhsullarımızı sima olaraq canlı sosial şəbəkələrdə təqdim etmək;
  • Maraqlı və yaradıcı kontent ideyaları hazırlamaq;
  • Sosial şəbəkələrdə baxış və satışların artmasına dəstək olmaq.

Bizim təklifimiz:

  • Əmək haqqı: 700 AZN-ə qədər, nəticəyə görə bonus imkanı;
  • Digital marketinq sahəsində təcrübə və inkişaf fürsəti.

CV-lərinizi “Mobiloqraf” başlığı ilə Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Tələblər

  • Telefonla sadə çəkiliş və montaj bacarığı (CapCut, InShot və s.);
  • Instagram, TikTok, Reels alətlərini tanımaq;
  • Səlis danışıq, ünsiyyətcil olmaq;
  • Öyrənmək, böyümək və komanda ilə işləmək istəyi.


Oxşar vakansiyalar