VIP PROD MMC

Mühasib

700 ₼
2371
Tam iş günü
Bakı, Azərbaycan
10.04.25 - 10.05.25

İş haqqında məlumat

  •  Mühasibat uçotunun müxtəlif sahələri üzrə əməliyyatları  yerinə yetirir;
  • Maliyyə intizamının yerinə yetirilməsinə və ehtiyatlardan səmərəli istifadəyə yönəlmiş tədbirlərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak edir;
  • Pul vəsaitlərinin, əmtəə maddi qiymətlilərinin hərəkəti ilə bağlı əməliyyatları mühasibat uçotunda əks etdirir;
  • İtkinin əmələ gəlmə səbəblərini və qeyri-məhsuldar xərclərin mənbəyini üzə çıxarır, onları xəbərdar etmək üçün təkliflər hazırlayır;
  • Anbar giriş-çıxış sənədlərin vaxtında və tam olaraq verilməsini təmin etmək və prosesə nəzarət etmək;
  • Hesabat tərtib etmək üçün uçotun müvafiq sahələri üzrə məlumat hazırlayır, mühasibat uçotu sənədlərinin saxlanılmasına nəzarət edir, onları müəyyən edilmiş qaydada arxivə təhvil vermək üçün rəsmiləşdirir.
  • Müqavilələr üzrə hesabların hazırlanması, debitorlar və kreditorlarla hesablaşmaların edilməsi, və qeydiyyatının aparılması;
  • Mədaxillərin təlimatlara uyğunluğunu və qaimələrin araşdırılmasından sonra gəlirlərin sistemə tanıdılmasını təmin etmək;
  • Təhtəl hesabatlarının aparılması;
  • İstehsal əməliyyatlarının sistemə tanıdılması;
  • İş qrafiki: Həftə içi 5 gün (09:00 - 18:00);
  • İş yeri: Azure Business Mərkəzi;
  • Nahar və korporativ nömrə şirkət tərəfindən təmin olunur.

Tələblər

  • Ali təhsil (Mühasibatlıq, Maliyyə və ya digər əlaqəli sahə üzrə);
  • Azərbaycan dilində səlis danışıq, rus dili biliyi üstünlükdür;
  • Mühasibatlıq sahəsində minimum 1 il iş təcrübəsi 
  • Mühasibatlıq proqramları (Mikro, Excel) üzrə biliklər;
  • Analitik düşünmə və problem həll etmə bacarıqları;
  • Yüksək təşkilatçılıq və diqqətlilik;
  • Komanda ilə işləmək və rəhbərlik bacarığı;
  • Yaş həddi: 25-30;
  • Retail sahəsində işləməsi arzuolunandır.

Oxşar vakansiyalar