Gəncə,
Azərbaycan
18.04.25
-
18.05.25
İş haqqında məlumat
- Material ehtiyatlar və əsas vasitələrin hesablanmasını təmin etmək və bunların maliyyə hesabatı üçün hərəkətlərinə dair sənədləri aparmaq;
- Faktura və elektron çek-fakturların yoxlanılması;
- Əsas vasitələrin, məhsul və materialların inventarizasiyasını həyata keçirmək;
- E-taxes,E -New-taxes,E-customs.az portallarından istifadə;
- E-qaimə fakturaların yazılması, qəbulu və yoxlanılması;
- Əmlak vergi bəyannamələrinin vergi ÖMV, ƏDV bəyannamələrinin sərbəst şəkildə verilməsi, qanunvericiliyinin tələblərinə uyğun olaraq hazırlanması və vaxtında aidiyyəti quruma göndərilməsi;
- Bütün mühasibatlıq əməliyyatları üzrə daxili və xarici,mal,iş və xidmətlərin alışı,satışı və silinməsi işlərinin aparılması;
- Əmək haqqı və əmək haqqına bərabər bütün ödənişlərin hesablanması, ödənilməsi eyni zamanda DSMF və Statistika hesabatlarının aparılması;
- Alqı-satqı sənədlərinin aparılması (müqavilələr, aktlar, elektron vergi hesab-fakturaları, gömrük bəyannamələri, qaimə-fakturalar, qiymətlərin təsdiqi protokolları);
- İş yeri: Gəncə şəhəri, Gəncə- Şəmkir yolun sağ tərəfi;
- Xanım namizədlərə üstünlük verilir;
- 6 günlük iş rejimi (bazar ertəsi – şənbə);
- İş vaxtı: Bazar ertəsi-Cümə: 09:00 – 17:00; Şənbə: 09:00-15:00.
Tələblər
- İqtisadiyyat, mühasibatlıq və ya maliyyə üzrə ali təhsil;
- Vergi uçotunun vergi qanunvericiliyinə əsasən tətbiqi;
- Mühasibatlığa dair cari qanunvericilik (Vergi Məcəlləsi və Mülki Məcəlləsi üzrə) aktlarına dair bilik;
- Hesablar planını tam şəkildə bilməsi;
- Vergi hesabatları və vergi mühasibatlığı bilməli;
- Kompüter bilikəri -Word , Excel -düsturlarla uçotun tətbiqi;
- "1C" proqramı ilə işləmə bacarığı (yüksek səviyyədə);
- Balansın çıxarılması üzrə biliklərə sahib olmalı;
- Mühasibatlıq sahəsində minium 2 il iş təcrübəsi;
- Peşakar mühasibatlıq sertifikatının tələbi;
- Yaş həddi 36 yaşa qədər;
- Məsuliyyət, dəqiqlik, səliqə, stresə davamlılıq;
- Riyazi hesablama, analitik təhlil bacarıqları.