Bakı,
Azərbaycan
03.07.2025 10:26
-
03.08.2025 12:00
İş haqqında məlumat
- Mühasibat uçotunun müxtəlif sahələri üzrə əməliyyatları yerinə yetirir;
- əsas vəsaitlərin hesabının aparılması;
- əmtəə-maddi qiymətlilərin hesabının aparılması;
- istehsala çəkilən xərclərin hesabının aparılması;
- məhsulun satılmasının hesabının aparılması;
- təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin hesabının aparılması;
- sifarişçilərin-tədarükçülərin, eləcə də göstərilən xidmətlərin hesabının aparılması;
- Maliyyə intizamının yerinə yetirilməsinə və ehtiyatlardan səmərəli istifadəyə yönəlmiş tədbirlərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak edir;
- Əvvəlki sənədlərin hesab sahələrinə uyğun qəbulunu və nəzarətini həyata keçirir və onların hesabını emala hazırlayır;
- Pul vəsaitlərinin, əmtəə maddi qiymətlilərinin hərəkəti ilə bağlı əməliyyatları mühasibat uçotunda əks etdirir;
- Məhsulun (işin, xidmətin) maya dəyəri və hesabat kalkulyasiyasını tərtib edir;
- İtkinin əmələ gəlmə səbəblərini və qeyri-məhsuldar xərclərin mənbəyini üzə çıxarır, onları xəbərdar etmək üçün təkliflər hazırlayır;
- Əmək haqqı hesablanmasını və ödənilməsini həyata keçirir;
- Dövlət büdcəsinə ödənişlərin, məcburi dövlət sosial sığorta və digər icbari sığorta haqlarının, fəhlə və qulluqçuların əmək haqqına yönəldilən maliyyə vəsaitlərinin ayrılmasını, vergilərin, ödənişlərin, eləcə də istehlak fonduna vəsaitin köçürülməsini həyata keçirir;
- Təsərrüfatdaxili ehtiyatları üzə çıxarmaq məqsədi ilə mühasibat uçotu və maliyyə, vergi və digər hesabatların göstəriciləri əsasında müəssisə, idarə və təşkilatın təsərrüfat-maliyyə fəaliyyətinin təhlilinin aparılmasında iştirak edir;
- Pul vəsaitlərinin, mal-material qiymətlilərinin hesablanması və ödənilmə öhdəliklərinin inventarizasiyasının aparılmasında iştirak edir;
- Aylıq, rüblük və illik vergi bəyannamələri, statistika hesabatlarını, Vahid Bəyənnaməni hazırlayır və Baş mühasibə təqdim edir;
- Bank əməliyyatlarını həyata keçirir, qaimə və hesab-fakturaları yazır, qarşılıqlı hesablaşma və üzləşmə aktlarını tərtib edir;
- Vergi, Gömrük, DSMF və digər dövlət orqanlarından daxil olan məktubları nəzarətdə saxlayır və yazışmalarını aparır;
- Alış aktı tələb edən vergi ödəyicisi olmayan fiziki şəxslərlə hesablaşmalar üçün onlayn alış aktlarını hazırlayır;
- Debitor və kreditor borcları nəzarətdə saxlanılmasında iştirak edir, debitor və kreditorlardan daxil olan məlumatların hesabatda düzgün əks etdirilməsini təmin edir;
- İş qrafiki 6 günlük, istirahət günü: bazar;
- Sabit və dinamik inkişaf edən şirkətdə iş imkanı;
- Güclü və motivasiyalı komanda;
- Nahar müəssisə hesabına.
Tələblər
- Mühasibatlıq, maliyyə, iqtisadiyyat və əlaqəli sahələr üzrə ali təhsil;
- Analoji sahə üzrə minimum 2 il iş təcrübəsi (inşaat sektorunda iş təcrübəsi arzuolunandır);
- ERP proqramında (xüsusilə LOGO) sərbəst işləmək bacarığı;
- Elektron portallarda işləmək bacarığı (e-gov, e-taxes);
- MS Office proqramlarında işləmək bacarığı;
- Yaxşı səviyyədə Excel biliklərinə sahib olmalı;
- Azərbaycan Respublikasının Vergi Məcəlləsini yaxşı səviyyədə bilməli;
- Azərbaycan Respsublikasının İnzibati Xətalar Məcəlləsi, Mülki Məcəllə və digər qanunvericilik aktlarının aidiyyəti maddələrini bilməli;
- Azərbaycan dilini (rəsmi yazışma dili) yüksək səviyyədə bilməli, rus dili - orta;
- Son tarixlərlə (deadline) işləməyi bacarmalı və verilən tapşırıqları vaxtında icra etməli;
- Problemləri həll etmə bacarığı olmalıdır;
- Yaş həddi 25-35 yaş arası;
Bilməlidir:
- mühasibat uçotunun təşkili və maliyyə, vergi və digər hesabatların tərtibi üzrə yuxarı orqanların əsasnamə, sərəncam və əmrlərini;
- müəssisə, idarə və təşkilatlarda mühasibat uçotunun aparılmasının metodlarını;
- maliyyə, vergi və digər hesabatların formalarını və onların tərtib edilməsini;
- hesablar planını və mühasibat yazılışlarını;
- sənədlərin rəsmiləşdirilməsi, təsərrüfat vəsaiti və onun hərəkətinin mühasibat uçotu sistemində əks olunma qaydalarını;
- müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin iqtisadi təhlil metodlarını;
- daxili əmək intizamı qaydalarını;
- əmək qanunvericiliyinin əsaslarını;
- əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını.