Şuşa,
Azərbaycan
08.09.2025 05:41
-
08.10.2025 12:00
İş haqqında məlumat
- Mühasibatlıq uçotu üzrə ilkin sənədləşmələrin uyğunluğunun yoxlanılması;
- Bank əməliyyatlarının həyata keçirilməsi üçün ödəniş sənədlərinin hazırlanması və ilkin uçot sənədlərinin mühasibat proqramına işlənməsi;
- Əsas vəsaitlərin və mal-materialların uçotunun aparılması, nəqliyyat vasitələri üçün lazım olan yanacağın və təmir xərclərinin sifarişi, alınması və uçotu;
- Təsərrüfat və dəftərxana mallarının, xüsusi geyimlərin, digər malların uçotu, sifarişi, alınması və bölüşdürülməsi;
- İdarənin büdcə layihəsinin tərtib edilməsi prosesində iştirak etmək, digər şöbələrdən alınmış məlumatların toplanması və işlənməsi;
- İdarənin maliyyə vəsaitlərinin, mal-materialların, əsas vəsaitlərin uçotunun, onların hərəkəti ilə əlaqədar əməliyyatların mühasibat uçotu sənədlərində işlənməsini təmin etmək;
- Hesab – fakturaların və e-qaimə fakturaların vaxtında tərtib olunması və göndərilməsi;
- Mühasibat sənədlərin tikilməsi, saxlanılması, rəsmiləşdirilməsi;
- Bütün mühasibat sənədlərinin mühasibat proqramına daxil edilməsi;
- Şirkətin maliyyə əməliyyatlarının, xərclərinin və gəlirlərinin uçotunun düzgün aparılması;
- Büdcədənkənar vəsaitlər üzrə gəlirlərin faktiki məbləğinin proqnoz göstəricilərlə müqayisə edilməsi, xərclərin müəyyən edilmiş xərc maddələri üzrə uyğunluğuna nəzarət;
- Kassa, bank, əsas vəsaitlər və digər mühasibat əməliyyatlarının nəzarətdə saxlanılması;
- Audit yoxlamaları zamanı tələb olunan sənədlərin hazırlanması və təqdim olunması;
- Qanunvericiliyə uyğun olaraq xidməti məlumatların, kommersiya sirrinin qorunmasını təmin etmək;
- Rəhbərlik tərəfindən verilən tapşırıqları vəzifə səlahiyyətləri çərçivəsində icra etmək.
Namizədlərdən öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Tələblər
- Ali təhsil (Mühasibatlıq, Maliyyə və ya digər əlaqəli sahə üzrə);
- Müvafiq sahədə 3 il iş təcrübəsi;
- ACCA F3 sertifikatı vacibdir və digər beynəlxalq sertifikatlar üstünlükdür
- Analitik düşüncə bacarığı;
- Məsuliyyətli və dəqiq olmalı;
- MS Office və mühasibatlıq proqramları üzrə biliklər;
- Komandada işləmək bacarığı, təşəbbüskarlıq, gərgin iş rejimində işləmək bacarığı.