Hajigabul Poultry Farm Company

Mühasib (Hacıqabul)

Ə/h razılaşma ilə
1926
Tam iş günü
Hacıqabul, Azərbaycan
22.04.25 - 22.05.25

İş haqqında məlumat

  • Elektron Qaimə Fakturaların (EQF) tərtib edilməsi və uçotunun aparılması;
  • İnternet bankçılıq vasitəsilə yerli və xarici köçürmələrə əsasən ödəniş tapşırıqlarının hazırlanması və icra edilməsi;
  • BTP proqramında aylıq ƏDV bəyannaməsinin yığılması və əvəzləşdirmələrin aparılması;
  • Rüblük muzdlu işlə əlaqədar vahid bəyannamənin hazırlanması və təqdim edilməsi;
  • Rüblük ödəmə mənbəyindən vergi bəyannaməsinin hazırlanması və təqdim edilməsi;
  • Mühasibatlıq sənədlərinin düzgün tərtib olunması və arxivləşdirilməsi;
  • Vergi və digər dövlət orqanlarına hesabatların hazırlanması və təqdim edilməsi;
  • 1C 8.3 proqram təminatında işləmək və mühasibat uçotunu aparmaq;
  • Rəhbərliyə müvafiq hesabatların təqdim edilməsi və maliyyə proseslərinə nəzarət etmək;
  • Nahar şirkət tərəfindən təmin edilir;
  • Mobil xərclər şirkət tərəfindən qarşılanır;
  • Servis mövcüddur ( Hacıqabul,Şirvan və Sabirabad rayonlarından servis xidmətimiz fəaliyyət göstərir ).

Tələblər

  • Yaş həddi: 25- 40 yaş arası;
  • Çins: Bəy namizəd;
  • Hacıqabul, Şirvan və Sabirabad ray. olan namizədlərə üstünlük veriləcəkdir;
  • Ali təhsil (Mühasibat uçotu, Maliyyə və ya İqtisadiyyat sahəsində);
  • Mühasibatlıq və ya maliyyə sahəsində 1 ildən 3 ilə qədər iş təcrübəsi;
  • Azərbaycan Respublikasının vergi qanunvericiliyini və mühasibat uçotu qaydalarını bilmək;
  • 1C 8.3 proqramında işləmə bacarığı (üstünlükdür);
  • MS Office (xüsusilə Excel) proqramlarını yaxşı səviyyədə bilmək;
  • Analitik düşünmə və məsuliyyətlilik;
  • Dəqiqlik və detallara diqqət yetirmə bacarığı;
  • Komanda ilə işləmə bacarığı.

Oxşar vakansiyalar