STP Global Cable

Mühasibatlıq şöbəsinin baş mütəxəssisi

STP Global Cable
Ə/h razılaşma ilə
712
Tam iş günü
Bakı, Azərbaycan
08/04/2026 - 22/04/2026

İş haqqında məlumat

  • Müəssisənin hesablaşma hesabına və kassasına daxil olan və xaric olan vəsaitlərin (pulların) uçotunun aparılmasına nəzarət;
  • Kassa və bank əməliyyatlarının, əsas vəsaitlərin və öhdəliklərin, material ehtiyyatlarının və hesab-fakturaların uçotunun aparılması;
  • İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin icrasının təmin edilməsinə nəzarət;
  • Debitor və kreditor borclara nəzarət, mühasibat uçotu hesablarında düzgün əks etdirilməsi və təqib edilməsinin təmin edilməsi;
  • Proseslərin optimallaşdırılması və avtomatlaşdırılması üçün təkliflərin verilməsi;
  • Dövriyyə-qalıq cədvəli və Baş kitabın düzgün və vaxtında formalaşdırılmasının təmin edilməsi;
  • Vergi (ƏDV, Əmlak, ÖMV, Mənfəət və digər), DSMF və Statistika hesabatların hazırlanması və aidiyyatı orqanlara təqdim edilməsi;
  • Qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat sənədlərinin və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alış, satış və vergi ödənişlərini (tutulmalar) təsdiq edən sənədlərin saxlanılmasının təmin edilməsi.

Tələblər

  • Müvafiq sahə üzrə ən az 3 il iş təcrübəsi;
  • ERP sistemlərində sərbəst işləmək bacarığı ;
  • Vergi qanunvericiliyi və mühasibat uçotu üzrə dərin biliklər;
  • Riyazi hesablamalar aparma, analitik təhlil etmə bacarığı.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.

 


Oxşar vakansiyalar