Bakı,
Azərbaycan
13.06.2025 22:59
-
13.07.2025 12:00
İş haqqında məlumat
- Havalandırma, isitmə və soyutma sistemləri işləri üzrə ilkin layihələrin hazırlanmasında iştirak etmək;
- Müxtəlif təyinatlı bina və obyektlərdə havalandırma, isitmə və soyutma sistemlərin yerli standartlara və normativlərə əsasən layihələndirmək
- Layihələndirmə tapşırıqlarının yerinə yetirilməsi üçün kompüter vasitəsilə mühəndis və layihələndirmə proqramlardan istifadə etmək;
- Qiymət təkliflərinin və hesabatlarının hazırlanması;
- Layihə sənədlərinin texniki şərt və normalara uyğunluğunun yoxlanılması;
- Avadanlıqların yükünün ( gücünün və ya məhsuldarlığının ) hesablanması və avadanlıqların seçilməsi ,
- layihələrin hazırlanması , smetaların tərtibi və layihə nəzarətinin həyata keçirilməsi;
- Obyektlərdə sifarişçilərlə texniki məsələlərlə əlaqədar görüşlərin keçirilməsi və sifarişçilərin istək və tələblərinə uyğun layihələrin hazırlanması;
- Müxtəlif müayinə və sınaq cihazları və alətləri vasitələri ilə sistemin (elementlərin) işçi göstəricilərinin yoxlanılması, nasazlıqların və kənarlaşmaların aşkarlanması;
- İsitmə-soyutma, hava tədarükü sistemlərin (avadanlıqların) əvəzlənməsi üçün texniki tələblərin müəyyən edilməsi və lazım olduqda alternativ təkliflərin verilməsi;
- Müxtəlif təyinatlı bina və qurğuların tikinti və quraşdırma standartları və spesifikasiyalarının tələblərinə uyğun su və kanalizasiya sistemlərini işlərini layihələndirmək.
- Layihə-smeta sənədləri üzrə, podratçı təşkilatlardan rəylərin alınmasını təmin etmək, ekspertiza və podratçının iradları üzrə onun axıra qədər işləməsinə nəzarət və təsdiq etmək.
- Layihə həyata keçirilən ərazilərə baxış keçirilməsi və işlərin gedişat monitorinqinin aparılması;
- İş həcmlərinin çıxarılması və sifarişlərin yazılması;
- Texniki hesabatların hazırlanması;
- Müəssisədaxili nizam-intizam qaydalarına, əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət edilməsinə nəzarət etmək;
- Tələb olunan hesabatların hazırlanması (vəzifələr sənədi, layihə məlumatları, layihəyə nəzarət, layihə resursları, layihə planı);
- İş qrafiki: I-V günlər.
Tələblər
- Yaş: 30- 50 yaş;
- İxtisası üzrə ali təhsil;
- Sahə üzrə ən azı 5 il iş təcrübəsi;
- VRF (VRV), Çiller, Qazanxana və digər isitmə soyutma havalandırma sistemləri üzrə biliklərin olması;
- Komanda daxilində effektiv işləmə və ünsiyyət bacarıqları;
- Azərbaycan dili ilə yanaşı, ingilis və ya rus dillərini bilməsi;
- Bina və qurğuları konstruktiv və planlı həllinin işlənməsi qaydalarını bilməlidir;
- İşə qarşı məhsuliyyətli, dəqiq, səmimi, nizam-intizamlı;
- Tapşırılan işi vaxtında yerinə yetirmək;
- Müstəqil və komanda şəklində işləmək bacarığı.