STP Global Cable

Mühəndis-normallaşdırıcı

STP Global Cable
Ə/h razılaşma ilə
1968
Tam iş günü
Sumqayıt, Azərbaycan
27.08.2025 10:04 - 27.09.2025 12:00

İş haqqında məlumat

  • Plan normanın (qiymətləndirmə üçün material siyahısının) hesablanması; 
  • Faktiki normanın (material sərfiyyatlarının) və işçilik normalarının hesablanması; 
  • Hazır məhsulların siyahısının ERP sisteminə işlənilməsi üçün planlamaya təqdim edilməsi; 
  • İstehsal silgilərinin aparılması üçün planlamaya material siyahısının təqdim edilməsi; 
  • Layihələrin sorğular və istehsalat üzrə hesabatlarının hazırlanması; 
  • Layihələrin satış və layihələndirmə bölməsi arasında koordinasiya edilməsi; 
  • Layihələrin istehsal prosesinin izlənilməsi; 
  • Satınalma tələblərinin açılması üçün siyahının tərtib edilməsi və satınalma bölməsinə məlumatların təqdim edilməsi.

Nə əldə edəcəksiniz?

  • Ölkənin ən böyük sənaye müəssisəsində işləmək imkanı;
  • Adekvat əmək haqqı; 
  • Təlim və inkişaf məsələlərində şirkətin tam dəstəyi.

Əlavə məlumatlar:

  • Əmək haqqı şirkət daxili mövcud dərəcələndirmə sistemi çərçivəsində təyin edilir;
  • Şirkət tərəfindən naharla, nəqliyyatla (servis) təmin edilmə;
  • İş vaxtı: Bazar ertəsi - Cümə, 09:00 – 18:00;
  • İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Mühəndis-normallaşdırıcı” yazaraq [email protected] mail ünvanına və eyni zamanda https://stpcareer.com səhifəsinə daxil olmaqla  göndərilməsi xahiş olunur. 

Tələblər

  • Müvafiq sahədə 5 il iş təcrübəsi;
  • Ali təhsil;
  • Microsoft Office proqramlarını peşəkar istifadəçi səviyyəsində bilməli;
  • AvtoCad və E-Plan üzrə sərbəst işləmə təcrübəsinə mailik;
  • Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmalı;
  • İşgüzar və məsuliyyətli olmalıdır.


Oxşar vakansiyalar