Metronet MMC

Müştəri dəstəyi üzrə operator

Metronet MMC
Ə/h razılaşma ilə
1772
Növbəli iş
Bakı, Azərbaycan
02.09.2025 10:40 - 02.10.2025 12:00

İş haqqında məlumat

  • Müştərilərdən daxil olan zənglərə, mesajlara və digər əlaqə kanallarına vaxtında cavab verilməsi ;
  • Müştərilərin suallarını cavablandırılması, texniki və qeyri-texniki məsələlərlə bağlı ilkin dəstək göstərilməsi ;
  • Problemləri qeydə almaq və aidiyyəti üzrə texniki və ya müvafiq şöbəyə yönləndirilməsi ;
  • Xidmətlərlə bağlı məlumatların düzgün və tam şəkildə təqdim edilməsi ;
  • Daxil olan zəng və sorğularla bağlı statistik məlumatlar formalaşdırılması və şöbə rəhbərinə təqdimi.

İş şərtləri:

  • İş saatları: növbəli rejim (gecə növbəsi);
  • Nahar fasiləsi: 1 saat;
  • İş yeri: Ü.Hacıbəyov 45.

Əlavə təminatlar:

  • Korporativ nömrə və danışıq limiti.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Müştəri dəstəyi üzrə operator" yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

Tələblər

  • Təhsil: Ali İT və ya texniki təhsil;
  • Dil bilikləri: Azərbaycan və rus dillərində səlis danışıq və yazı bacarığı; ingilis dili arzuolunandır;
  • Kompüter bilikləri: MS Office proqramları;
  • İş təcrübəsi: Minimum 1 il.


Oxşar vakansiyalar