Bakı,
Azərbaycan
18.04.25
-
18.05.25
İş haqqında məlumat
- İş Sağlamlığı, Təhlükəsizlik və Ətraf Mühit qaydalarına riayət etmək və iş standartlarına ISO 9001, ISO 14001, İSO 45001 uyğun işləmək Cari təmir, çatışmazlıqları və nasazlıqları aradan qaldırmaq, əlavə quraşdırma və montaj işlərinin təlimat və standartlara uyğun edilməsi barədə rəhbərinin yazılı və ya şifahi şəkildə təqdim etdiyi təlimatlara riayət etmək;
- Yanğın və təbii fəlakətlər zamanı aldığı təlim və təyinata müvafiq olaraq müdaxilə etmək;
- İşləyərkən əməyin mühafizəsi tədbirlərini həyata keçirmək və onlara əməl etmək, lazımi materialları və ehtiyat hissələrini anbardan çıxarmaq, materiallardan yerində, düzgün və qənaətlə istifadə etməklə verilmiş işləri vaxtında yerinə yetirmək, iş yerlərini təmiz saxlamaq, tullantıların idarəedilməsi proseduruna riayət etməklə ətraf mühitin çirklənməsinin qarşısını almaq, iş vəzifə səlahiyyətini aşan vəziyyətlərdə “Mühəndisə” ə xəbər vermək;
- İnteqrasiya idarəetmə sistemləri fəaliyyətlərinə uyğun olaraq, birbaşa və ya dolayı yolla öz səlahiyyətləri daxilində olan birliyi ilə əlaqəli planlaşdırma, tətbiq etmə, monitorinq və təkmilləşdirmə fəaliyyətlərini effektiv şəkildə həyata keçirmək;
- Hazırlanmış iş qrafikinə və onun mahiyyətinə uyğun olaraq tabeçiliyində olan işçilərin işlər üzrə bölüşdürülməsini təmin etmək, verilən tapşırıqların vaxtında başa çatdırılması üçün işlərin daimi izlənilməsi, nəzarəti altında olan işçilərin komanda kimi çalışmasını təmin etmək və bağlı olduğu rəhbərə hesabat verməli;
- Nəzarəti altında olan işçilərə lazımi təlimlər vermək, rəhbərinə əlavə təlim tələbləri vaxtında bildirmək, onların iş fəaliyyətlərinə nəzarət etmək və qiymətləndirmə nəticələrini rəhbərinə bildirmək;
- Məsuliyyəti altında çalışan şəxslərdən təkliflərin şərhi və onlar barədə öz rəhbərinə məlumat vermək; mükafat, tanınma, təqdiretmə və cəzalandırma ilə bağlı proseduralara uyğun olaraq rəhbərinə tövsiyələr vermək;
- Yük qaldırma aksesuarlarını anbardakı vəziyyətinə nəzarət və sifarişlərin verilməsi üçün birbaşa rəhbərə məlumat vermək
- Qəza duruşlarında Yükqaldırma avadanlıqları nasazlıqların müvafiq təlimatlara əsasən ən qısa zaman çərçivəsində aradan qaldırılması;
- İş sahəsində lazımi materialların, alətlərin və avadanlıqların vaxtında təmin olunması və iş bitdikdən sonra iş yerinin və alətlərin təmiz saxlanması;
- Mərkəzləşmiş təmir proseduruna uyğun olaraq zavodda bütün qurğular üzrə fəaliyyət göstərmək;
- İşlədiyi struktur bölmələrdə bütün yükqaldırma avadanlıqların təftiş və təmirini önləyici, qabaqlayıcı və bərpaedici prosedurlara, yoxlama siyahılarına və təlimatlara uyğun olaraq yerinə yetirmək;
- Yükqaldırma planına uyğun işin icra olunması;
- Yükqaldırma avadanlıqların və aksesuarlarının serifkatlarının uyğunluğunun yoxlanılması;
- Kran maşinistinə siqnal verilməsi və yükün qaldırılması, daşınması və qoyulması zamanı yükə nəzarət etmək;
- Sadə ağır və çox da mürəkkəb olmayan yüklərin ilməyinin qurulması, qaldırılması və qoyulması qaydasına nəzaret etmək;
- Yükqaldərma aksesuarlarını işə uyğun olaraq düzgün seçildiyini və istifadə etdildiyinə nezarət etmək;
- Kran operatoruna siqnal verilməsi və yükün qaldırılması, daşınması və qoyulması zamanı yükə gedən işlərə nəzarət etmək;
Tələblər
- Yükqaldırma əməliyyatları üzrə 2 il iş təcrübəsi;
- Orta ixtisas təhsilli (Mexanika sahəsi);
- Banksman Slinger, Riggin and Lifting,Forklift Operator sertifikatları olmalı;
- Nəqliyyat və xüsusi texnikalardan idarə etmə bacarığı.