Gəncə,
Azərbaycan
08.09.2025 11:09
-
08.10.2025 12:00
İş haqqında məlumat
Gəncə şəhərində Servis mərkəzinə növbə rəisi axtarılır.
- Növbəli iş proseslərinin təşkil edilməsi və işin planlaşdırılması;
- İşçi heyətinin idarə olunması: növbə ərzində əməkdaşların vəzifə bölgüsünü təmin etmək, onların fəaliyyətinə nəzarət etmək;
- Əməliyyatların və xidmətin səmərəli icrası: avtobusların texniki baxış, təmir, təmizlik və digər xidmətlərə düzgün istiqamət verilməsi;
- Nəqliyyat vasitələrinin təhlükəsizliyinə nəzarət etmək, texniki xidmətin yüksək keyfiyyətini təmin etmək;
- Təhlükəsizlik və sanitariya qaydalarına riayət olunmasını təmin etmək;
- Əməkdaşların iş yerində motivasiyasını təmin etmək və işçi davranışlarını izləmək;
- İşin vaxtında yerinə yetirilməsi və iş proseslərinin izlənməsi;
- Müştəri şikayətləri və təkliflərinin qəbul edilməsi və onların həlli istiqamətində fəaliyyət göstərmək.
İş şəraiti:
- Növbəli iş qrafiki;
- Əmək qanunvericiliyinə uyğun münasibətlərin rəsmiləşdirilməsi;
- Əmək haqqı müsahibə zamanı təcrübə və bacarıqlara əsasən təyin ediləcək.
Ərizə qəbulu:
Vakansiya ilə bağlı müraciət üçün əlavə CV formasını e-mail vasitəsilə mövzu yerinə “Növbə Rəisi” yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyiniz xahiş olunur.
Tələblər
- Növbə rəhbəri və ya analoji vəzifədə təcrübə;
- Əməliyyatların təşkili və idarə edilməsi bacarığı;
- Yüksək təşkilatçılıq və liderlik bacarıqları;
- Komanda ilə işləmə və münaqişələrin həlli bacarığı.