Bakı,
Azərbaycan
26.08.2025 11:37
-
26.09.2025 12:00
İş haqqında məlumat
- Öhdəsində olan sahələri periodik təftiş planına əsasən təftişləri icra etmək və tələb olunan təmir işlərini müəyyən etmək və SAP sistemində iş bildirişlərinin yaradılması;
- Zavodun ərazisində olan bütün avadanlıqlarda periodik olaraq vibrasiya ölçümlərinin aparılması və analizlərin aparılması;
- Zavodun ərazisində olan bütün elektrik avadanlıqlarda periodik olaraq termoqrafik istilik ölçümlərinin aparılması, analizlərin aparılması və hesabatların hazırlanması;
- Uyğunsuzluq və təmir nəticələrini ilə əlaqədar hesabatların hazırlanması və təqdim edilməsi;
- Ərazidə yerinə yetirilən elektrik təmir və təftiş işlərinin keyfiyyətinə nəzarət və uyğunsuzluqlar barəsinə məlumat vermək;
- Avadanlıqlarda ölçüm işlərinin yerinə yetirilməsi və hesabatların hazırlanması;
- Şöbələr ilə birlikdə təmirdən sonra avadanlıqları və cihazları test etmək
- Bölgəsinə aid olan ehtiyat hissələrinin anbarda yoxlamaq və ehtiyac ola biləcək sifariş tələbini bildirmək;
- Avadanlıqlarda tənzimləmə işlərinin yerinə yetirilməsi və hesabatların hazırlanması;
- Vəzifəsinə aid olan və görülən spesifik işlər üçün təlimatların hazırlanması və yenilənməsi;
- Fövqaladə vəziyyətlərdə (yanğın, zəlzələ, sel, güclü külək və s.) təxliyyə plana uyğun hərəkət etmək;
- Şirkətdə və sənayedə qəbul olunmuş SƏTƏM prosedurlarına riayət edilməsi;
- Birbaşa rəhbər tərəfindən verilən digər tapşırıqlar.
Biz nə təklif edirik:
- Könüllü tibbi sığorta;
- Servis avtobusu;
- Şəxsi və peşəkar inkişaf imkanları;
- İşçi rifahını dəstəkləyən, inklüziv iş mədəniyyəti;
- İşçi mükafatlandırma proqramları və timbildinq fəaliyyətləri;
- Digər imtiyazlar ;
- İş yeri: Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan şossesi, Səngərqaya-1 yolu, 7-ci km.
CV-ni müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə Müraciət Et düyməsində yerləşən elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Tələblər
- Mexanika mühəndisliyi və ya əlaqədar texniki ixtisaslar üzrə ali bakalavr təhsili;
- Bu və ya oxşar sahədə minimum 3 il iş təcrübəsi;
- İngilis dilində ünsiyyət qurma bacarığı;
- MS Office komputer proqramı üzrə bacarıqlar;
- SAP biliyi.
Tələb olunan kompetensiyalar:
- Müştəriyönümlülük;
- Əməyin mühafizəsi qaydalarından xəbərdar olma;
- Bütövlük;
- Yenilikçilik.