Bestcomp Group

Onsite IT Support Technician / Helpdesk

Bestcomp Group
Ə/h razılaşma ilə
1044
Növbəli iş
Bakı, Azərbaycan
01/04/2026 - 15/04/2026

İş haqqında məlumat

  • Texniki komandamıza qoşulmaq üçün motivasiyalı IT Support mütəxəssisləri axtarırıq. Seçilmiş namizədlər istifadəçilərə yerində (onsite) Level 1 texniki dəstək göstərəcək, IT avadanlıqları üzrə problemlərin həllində iştirak edəcək və gündəlik IT əməliyyatlarına dəstək verəcəklər.

Əsas vəzifə və öhdəliklər

  • İstifadəçilərə birinci səviyyəli IT dəstəyin göstərilməsi 
  • Windows əsaslı noutbuk və digər istifadəçi cihazlarında problemlərin aradan qaldırılması 
  • Proqram təminatının quraşdırılması və konfiqurasiyasında dəstək 
  • Printerlərin quraşdırılması və problemlərinin həlli 
  • Şəbəkə bağlantısı problemlərinin diaqnostikası (Wi-Fi, LAN, IP konfiqurasiyası) 
  • İnsidentlərin ticketing sistemində qeydiyyatı və yenilənməsi 
  • Daha mürəkkəb problemlərin senior IT mütəxəssislərinə eskalasiyası 
  • Cihazların dəyişdirilməsi və yeni avadanlıqların istifadəyə verilməsində iştirak 

İş şəraiti

  • İşəgötürən: Bestcomp Group QSC
  • Yer: Bakı, Azərbaycan
  • Müqavilə növü: Müvəqqəti, layihə əsaslı (1 ay)
  • İş qrafiki: Növbəli (06:00 – 13:00 / 13:00 – 20:00)

Qeyd - Bu vəzifə təxminən 1 aylıq layihə müqaviləsi əsasında təklif olunur.

Əmək haqqı: Müsahibə zamanı təyin olunacaq

Tələblər

Təcrübə

  • IT support, helpdesk və ya oxşar sahədə minimum 1 il iş təcrübəsi 

Texniki biliklər

  • Windows əməliyyat sistemləri üzrə əsas biliklər 
  • Kompüter avadanlıqları və periferiya cihazları haqqında anlayış 
  • Şəbəkə üzrə əsas biliklər (IP ünvanlama, DHCP, Wi-Fi bağlantısı) 
  • Ticketing sistemləri ilə işləmə təcrübəsi üstünlükdür 

Dil bilikləri

  • Azərbaycan dilində sərbəst ünsiyyət 
  • İngilis dili üzrə yaxşı kommunikasiya bacarığı 

Bacarıqlar və kompetensiyalar

  • Güclü kommunikasiya və istifadəçi dəstəyi bacarıqları 
  • Növbəli iş rejimində işləmək bacarığı 
  • Dinamik və sürətli mühitdə işləmək qabiliyyəti 
  • Komanda ilə işləmək və əməkdaşlıq bacarığı 
  • Problem həll etmə və detallara diqqət 

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.


Oxşar vakansiyalar