F

Planlama üzrə kiçik mühəndis

Foton
Ə/h razılaşma ilə
2161
Tam iş günü
Bakı, Azərbaycan
23.05.2025 12:14 - 23.06.2025 12:00

İş haqqında məlumat

  • Müvafiq proqram təminatının tətbiqi ilə layihəyə uyğun iş planının hazırlanması, sahə yerləşməsi, sahə struktur sxemlərini hazırlamaq;
  • İşlərin icrası üçün lazım olan resursların müəyyən edilməsi: Briqadaların sayı və növü, texnikanın sayı və adı, işlərin hər növü üçün briqada və texnikanın cəlb edilməsi müddəti;
  • Məhsuldarlıq və adamsayı analizlərin hazırlanması, görüləcək işlər üçün vaxt və resurs sərfiyyatı cədvəlinin tərtib edilməsi;
  • İş planına nəzarət, planlaşdırılan və faktiki irəliləyişin müqayisəsi, həftəlik/aylıq/illik hesabatların hazırlanması;
  • İşlərin qrafiklərini, sifarişləri, ərizələri, təlimatları, sxem və digər texniki sənədləri tərtib edir, eləcə də təsdiq olunmuş forma və müəyyən olunmuş müddətlər üzrə qoyulmuş hesabatları tərtib edir. Layihə, proqram, plan və müqavilələrin həyata keçirilməsində metodiki və praktiki yardım göstərir. Qoyulmuş tələblərə, qüvvədə olan normalara, qayda və standartlara riayət olunmasına nəzarət etmək;
  • Gecikmələrin səbəblərinin müəyyən edilməsi və bu səbəblərin aradan qaldırılması üçün mühəndislərlə müzakirə aparmaq, gecikən işləri yenidən planlanmaq;
  • Həftəlik və aylıq hesabata əsasən inkişaf proqramının hazırlanması və Primavera P6 proqramına daxil edilməsi və yenilənməsi.

Nə təklif edirik?

  • Bazar rəqabətinə uyğun əmək haqqı; 
  • Könüllü tibbi siğorta; (ailə paketi);
  • “Dəyərlisən” Paşa loyallıq proqramına üzvlük;
  • Peşəkar komanda ilə işləmək fürsəti;
  • İşçinin inkişafı üçün təlim, tədris proqramları;
  • İş rejimi:  5 günlük;
  • İş yeri: Bakı şəhəri.

Tələblər

  • Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
  • Müvafiq sahədə ali təhsil;
  • Primavera P6, MS Project 2010, Autocad;
  • Danışıq səviyyəsində ingilis dili biliyi (rus dili biliyi üstünlükdür);
  • MS Office proqramları biliyi;
  • Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı.