

Planlama və Xərc Nəzarəti üzrə Mütəxəssis
Veysəloğlu Şirkətlər Qrupu
Ə/h razılaşma ilə
2783
Tam iş günü
Bakı,
Azərbaycan
26.05.2025 23:49
-
26.06.2025 12:00
İş haqqında məlumat
- Strateji Büdcə Planlaması
- Layihələrin maliyyə planlarını layihə rəhbərləri, mühəndislər və təchizat komandası ilə koordinasiyada hazırlamaq;
- Qısa və uzunmüddətli proqnozlar əsasında illik və dövri büdcələrin hazırlanması;
- Layihənin həcminə və mərhələlərinə uyğun olaraq büdcənin bölüşdürülməsi və resurs planlamasının qurulması.
- Büdcəyə və Xərclərə Real Zamanlı Nəzarət
- Faktiki xərclərin büdcə ilə müqayisəsini aparmaq və büdcədən kənara çıxmaları analiz etmək;
- Həftəlik və aylıq maliyyə hesabatları hazırlayaraq rəhbərliyə təqdim etmək;
- Planlaşdırılmış və faktiki göstəricilər arasındakı fərqləri təhlil edərək riskləri vaxtında müəyyən etmək və tədbir görmək.
- Xərc Analizi və Effektivlik Təhlili
- Layihə xərclərinin kateqoriya üzrə (material, əmək, texnika və s.) analizini aparmaq;
- İsrafçılığın qarşısını almaq məqsədi ilə effektivlik göstəricilərini qiymətləndirmək və təkmilləşdirmə tövsiyələri vermək;
- Alternativ həll yolları təklif edərək maliyyə baxımından daha səmərəli seçimlər hazırlamaq.
- Rəhbərlik Üçün Maliyyə Hesabatlarının Hazırlanması
- CFO, Maliyyə Meneceri və Layihə Menecerləri üçün layihə üzrə detallı xərclər, gəlirlər və maliyyə icrası haqqında təqdimatlar hazırlamaq;
- Büdcə icrası, gözlənilən dəyişikliklər və potensial risklərlə bağlı ssenarilər üzrə hesabatlar vermək.
- Sistemlərin və Proseslərin Təkmilləşdirilməsi
- ERP və ya digər maliyyə idarəetmə sistemlərində büdcə və xərclərlə bağlı proseslərin optimizasiyası;
- Daxili nəzarət və audit üçün izlənilə bilən struktur yaratmaq və hesabatlılığı artırmaq;
- Maliyyə planlama alətlərinin tətbiqi və komandada onların istifadəsinin təşviq olunması.
Tələblər
- Maliyyə, Mühasibatlıq, İqtisadiyyat, Biznesin İdarəolunması və ya Mühəndislik sahələrindən birində bakalavr dərəcəsi (müvafiq sahədə magistr dərəcəsi üstünlükdür);
- Büdcə planlaması, xərc nəzarəti və ya maliyyə təhlili sahəsində ən azı 3 il iş təcrübəsi (xüsusilə tikinti, infrastruktur və ya iri həcmli layihələrdə təcrübə üstünlükdür);
- Layihə əsaslı mühitdə (CAPEX/OPEX əsaslı) maliyyə nəzarəti ilə bağlı real təcrübə;
- Büdcə və xərclərin planlaması, izlənməsi və hesabatlandırılması üzrə biliklər;
- Müxtəlif layihə mərhələlərində maliyyə risklərini analiz edə bilmək bacarığı;
- Əla analitik düşüncə və rəqəmsal təhlil bacarığı;
- Səmərəli xərc idarəetməsi və optimizasiya imkanlarını müəyyənləşdirmək qabiliyyəti.
- MS Excel – qabaqcıl səviyyədə (pivot, lookup, formula və makrolar ilə işləmə);
- ERP sistemlərində (Logo, SAP, Oracle və ya bənzər) işləmə təcrübəsi;
- Maliyyə hesabat proqramlarında və BI alətlərində (Power BI, Tableau və s.) baza biliklər;
- Azərbaycan dili – səlis;
- İngilis dili – orta və ya yuxarı səviyyədə (xarici tərəfdaşlarla yazışma və hesabat üçün);
- Diqqətli, məsuliyyətli və detallara önəm verən;
- Komanda ilə işləmə və eyni anda bir neçə layihəni idarə etmə bacarığı;
- Təşəbbüskar, nəticə yönümlü və vaxtında hesabat verməyə meyilli;
- Yüklənmə və dəyişkən şəraitdə təzyiq altında işləyə bilmək bacarığı;
- Maliyyə və Büdcə İdarəçiliyi üzrə Sertifikatlar;
- CMA – Certified Management Accountant-mütləq üstünlük;
- ACCA – Association of Chartered Certified Accountants (xüsusilə F2, F5, F9 modulları)-mütləq üstünlük;
- DipIFR – Diploma in International Financial Reporting (ACCA)-dəstək rolu;
- PMP – Project Management Professional (PMI)-əsas bacarıq;
- Excel expert-(Büdcə modellərinin qurulması, dashboard-ların hazırlanması, analiz üçün lazımdır).