Bakı,
Azərbaycan
27.05.2025 23:29
-
27.06.2025 12:00
İş haqqında məlumat
- Müştəriyə data mərkəzinin ümumi iş prinsiplərinin şifahi olaraq izah edilməsi
- Müştəriyə data mərkəzinin və SOC otağının təqdim edilməsi və gələn sualların cavablandırılması
- Müştərinin cari infrastrukturu AzCloud-a daşınsa, onun faydalarının izah edilməsi
- Müştəriyə AzCloud necə işləyir, əsas prinsiplərin izah edilməsi
- Müştərinin cari infrastrukturun optimalladırılıması və AzCloud üçün texniki tapşırığın formalaşması
- Demo infrastruktur yaradılması üçün lazım olan məlumatlarının müştəri ilə dəqiqləşdirilməsi
- Demo infrastruktur yaradılması üçün lazım olan məlumatlarının SOC24 xidmətinə düzgün formada ötürülməsi
- AzCloud idarəetmə panelində müştəri üçün "tenant" yaradılması və resursların ayırması
- AzCloud idarəetmə panelində müştəri tenantında lazım olan layihə (project) yaradılması
- SOC xidmətinin müştəri ilə arasında anlaşılmazlıq yarandıqda məsələlərin həll edilməsi
- Müştərilərin demo infrastrukturların resurs baxımından hesabatların istifadə edilməsi və birbaşa müdriyyətə təqdim edilməsi
- AzInTelecom satış mütəxəssisləri ilə daimi təmasda olması, xidmətlərin texniki işləmə prinsiplərin izah edilməsi
- AzInTelecom satış mütəxəssislərin sorğusuna əsasən cari müştərinin aktual və ya ayrılan resurs kvotanın hesabatının hazırlanması
- AzInTelecom satış mütəxəssisləri ilə birlikdə yeni müştəri ilə görüşməsi, texniki tərəfdən lazım olan məlumatların verilməsi
- AzInTelecom satış mütəxəssislərin yeni müştəriyə hesablanacaq qiymət təklifində texniki tapşırığın düzgün formalaşmasının edilməsi
- Hər ayın əvvəlində bəzi böyük infrastrukturlu müştərilərin aktual istifadə haqqında resurs hesabatının hazırlanması və satış mütəxəssislərinə göndərilməsi
Tələblər
- Ali təhsil;
- Şəbəkə və sistem inzibatçılığı üzrə biliklər;
- Bulud sistemləri ilə işlə təcrübəsi;
- Müvafiq sahədə minimum 3 (üç) il iş təcrübəsi;
- Sis-admin və şəbəkə sertifikatları arzu olunandır;
- Microsoft Office proqramları ilə sərbəst işləmə bacarığı;
- Azərbaycan dili - səlis; rus dili - sərbəst; ingilis dili- yaxşı ;
- Kommunikasiya və ünsiyyət qurmaq bacarıqları ;
- Komanda ilə işləmə bacarığı.