Baku Electronics

Proseslərin idarə edilməsi üzrə mütəxəssis

Baku Electronics
Ə/h razılaşma ilə
1586
Tam iş günü
Bakı, Azərbaycan
18.06.2025 23:20 - 18.07.2025 12:00

İş haqqında məlumat

  • Şirkətin biznes proseslərinin xəritələnməsi və optimallaşdırılması;
  • Satış, anbar, müştəri xidməti və digər əsas funksional sahələr üzrə proseslərin təhlili;
  • ERP və CRM sistemləri ilə inteqrasiya imkanlarının qiymətləndirilməsi və təkmilləşdirilməsi üzrə təkliflərin verilməsi;
  • Proses performans indikatorlarının (KPI) hazırlanması və monitorinqi;
  • Effektivlik və məhsuldarlığı artırmaq məqsədilə avtomatlaşdırma imkanlarının araşdırılması;
  • Daxili sənədlərin və prosedurların tərtibi və aktual saxlanılması;
  • Müvafiq şöbələrlə sıx əməkdaşlıq edərək dəyişikliklərin tətbiqi və monitorinqi;
  • Risklərin və zəif nöqtələrin müəyyən edilməsi, onların aradan qaldırılması üçün tədbirlərin planlaşdırılması.

Tələblər

  • Ali təhsil (Biznesin idarə olunması, İqtisadiyyat, Mühəndislik və ya əlaqəli sahələr üzrə);
  • Biznes proseslərin idarə edilməsi sahəsində minimum 2-3 il iş təcrübəsi (elektronika və ya pərakəndə satış sahəsində təcrübə üstünlükdür);
  • ERP sistemləri ilə işləmə bacarığı (məs. 1C, SAP, Oracle və s.);
  • Analitik düşüncə, problem həll etmə və sistemli yanaşma bacarıqları;
  • Yaxşı səviyyədə MS Office bilikləri (xüsusilə Excel, Visio və PowerPoint);
  • Komanda ilə işləmək bacarığı və təşəbbüskarlıq;
  • Azərbaycan dili sərbəst, rus və ingilis dilləri üzrə biliklər arzuolunandır.