SOCAR

Qazma qurğusunun maşinisti

SOCAR
896 ₼
2637
Tam iş günü
Bakı, Azərbaycan
18.08.2025 11:11 - 18.09.2025 12:00

İş haqqında məlumat

  • Qazma qurğusunun işə salınması və saxlanması;
  • Görülən işlərin ardıcıllığını və yeraltı avadanlıq və kommunukasiyaların qorunub saxlanmasını təmin edən tədbirlərin görülməsini işin rəhbərindən dəqiqləşdirilməsi; manevrə başlamazdan əvvəl maşın və onun avadanlıqlarından 5 m-dən az olan məsafədə insanların olmadığının müəyyən edilməsi;
  • Qurğunu işə salmazdan qabaq iş yerinin hazırlanması, avtomobilin manevr etməsi üçün lazım olan qədər məsafənin və sahənin mailliyinin norma çərçivəsində olmasının müəyyən edilməsi;
  • Maşinistə müxtəlif məqsədlər üçün qazılmış quyuya dirəkin quraşdırılması zamanı qadağan edilir:
  • Quyunun mərkəzindən 3 m-dən çox məsafədə olan dirəkləri sürümək;
  • Maşının yükqaldırma qabiliyyətinə görə tənzimlənməli olan tənzimlənməmiş qoruyucu muftalı dirəklərin qaldırılması;
  • Hətta qısa məsafələrə qaldırılmış sütun ilə avtomobilin hərəkəti;
  • Köməkçi işçi orqanın köməyi olmadan dirəklərin quyuya qoyulması;
  • Qazma qurğusunun, qəza qoruyucu sistemi də daxil edilməklə, bütün sistemlərinin cari təmirinin aparılması, qurğunun işində olan nasazlıqların (defektlərin) aşkar edilməsi və aradan qaldırılması;
  • Avtomobili idarə edilməsi, yanacaqla doldurulması, qurğunun işləməsi üzrə uçot jurnalının aparılması;
  • Avadanlığın profilaktik və cari təmirinin aparılması;
  • Hərəkətin təhlükəsizliyi, sağlamlıq, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə qaydalarına riayət edilməsi;
  • İş yerinin təmiz və saz vəziyyətdə saxlanmasının, maddi qiymətlilərin və sənədlərin müəyyən olunmuş qaydada qorunub saxlanmasının təmin edilməsi;
  • Öz iş yerini icazəsiz tərk etmir, təhlükəli yerlərə getmir;
  • Rəhbərliyin göstərişlərini vaxtında və keyfiyyətlə yerinə yetirilməsini təmin edir.

İş şərtləri:

  • İş qrafiki: Tam iş vaxtı (həftədə 40 saat);
  • İş yeri: 1 saylı AXTS-in 2 saylı avtomobil dəstəsi;
  • İş şəraiti: Quruda.

Əmək haqqı:

  • Başlanğıc əmək haqqı 5.60 manat / saat təşkil edir (Faktiki iş günlərinə uyğun 5 azn yemək xərci ödənilir);
  • AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat.

Müraciət üçün:

  • Bu vakansiya ilə maraqlanan namizədlər öz CV-rezümelərini mövzu hissəsində “Qazma qurğusunun maşinisti” qeyd etməklə LİNKƏ qeydiyyatdan keçib əlavə edib göndərmələri xahiş olunur.
  • DİQQƏT: yalnız qeyd olunmuş ünvanına göndərilən müraciətlərə baxılacaq – zəng üzərindən sorğular qəbul olunmur.

Tələblər

  • Təhsil: Peşə təhsili;
  • İş təcrübəsi: 2 il / Müvafiq sahə üzrə;
  • Sürücülük vəsiqəsi “BC” kateqoriyalı olan və qazma qurğularının idarə edilməsi üçün sertifikat tələb olunur.


Oxşar vakansiyalar