Shusha Hospitality Group MMC
800 ₼
4295
Tam iş günü
Şuşa, Azərbaycan
28.08.2025 05:15 - 28.09.2025 12:00

İş haqqında məlumat

  • Qonaqların qeydiyyata alınması və oteldən çıxış proseslərini səmərəli şəkildə həyata keçirmək, onları mehriban və peşəkar tərzdə qarşılamaq;
  • Qonaqların suallarını cavablandırmaq, şikayətləri operativ şəkildə həll etmək və müsbət qonaq təcrübəsini təmin etmək;
  • Oteldə təqdim olunan xidmətlər, kampaniyalar, otaq növləri və xüsusi endirimlər haqqında ətraflı məlumat vermək;
  • Rezervasiya sistemini idarə etmək, qonaq məlumatlarını yeniləmək və otaqların düzgün bölüşdürülməsini təmin etmək;
  • Gələn zəngləri cavablandırmaq və digər şöbələrlə əlaqələndirmə aparmaq;
  • Gündəlik hesabatlar hazırlamaq, nağd əməliyyatları aparmaq və düzgün qeydiyyat aparmaq;
  • Otelin daxili qayda və prosedurlarına riayət etmək, təhlükəsizlik, məxfilik və uyğunluğu təmin etmək.

İş şərtləri:

  • İş qrafiki: 5 günlük iş həftəsi;
  • İş vaxtı: 09.00-dan 16.00-kimi;
  •  İş yeri: Şuşa şəhəri;
  • Yerləşdirmə yeri və gündə 3 dəfə yeməklə təmin olunur.

Əmək haqqı:

  • Başlanğıc aylıq əmək haqqı 800 manat təşkil edir (müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq).
  •  AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat.

Müraciət üçün:

  • Bu vakansiya ilə maraqlanan namizədlər öz CV-rezümelərini mövzu hissəsində “Qeydiyyatçı” qeyd etməklə [email protected] epoçt ünvanına ya da (051) 244-14-12 whatsapp nömrəsinə əlavə edib göndərmələri xahiş olunur.
  • DİQQƏT: yalnız qeyd olunmuş ünvanına göndərilən müraciətlərə baxılacaq – zəng üzərindən sorğular qəbul olunmur.

Tələblər

  • Təhsil: Ali;
  • İş təcrübəsi: xşar sahədə minimum 1 il iş təcrübəsi;
  • Cins: Bəy / Xanım;
  • Azərbaycan və İngilis dillərində sərbəst danışıq qabiliyyəti;
  • Yüksək ünsiyyət bacarığı və qonaq yönümlü yanaşma;
  • MS Office proqramları və otel idarəetmə proqramlarında (məsələn, Opera PMS və Electra PMS) işləmə bacarığı;
  • Mehriban və yaxın ünsiyyət tərzi;
  • Diqqətlilik və yüksək təşkilatçılıq bacarığı;
  • Təzyiq altında sakit və peşəkar qalmaq bacarığı;
  • Fəal və komanda ilə işləmə bacarığı.


Oxşar vakansiyalar