Bakı,
Azərbaycan
03.06.2025 19:29
-
03.07.2025 12:00
İş haqqında məlumat
- Verilən brief və ya öz yaradıcılığına uyğun tədris sahəsinin sosial media postlarını dizayn etmək;
- Tədris sahəsinin bütün çap məhsullarını dizayn etmək;
- Verilən tapşırıqları vaxtında və mükəmməl şəkildə icra etmək;
- Kreativ yanaşma tələb olunan layihələrdə iştirak;
- Yeni vizual konseptlər hazırlamaq və tətbiq etmək;
- Brendin vizual dili ilə uyğunlaşan dizaynlar yaratmaq;
- Komanda ilə effektiv şəkildə işləmək və dizayn tələblərini düzgün anlamaq;
- Tədris və marketinq komandalarının ehtiyaclarına uyğun dizayn həlləri təqdim etmək;
- Mövcud dizayn materiallarını təkmilləşdirmək və yeniləmək;
- Rəqəmsal və çap üçün uyğun formatlarda dizayn fayllarını hazırlamaq;
- Müxtəlif platformalar üçün ölçülərə uyğun adaptiv dizaynlar hazırlamaq;
- Trendləri izləyərək müasir və cəlbedici dizaynlar hazırlamaq;
- Layihə müddətində versiya və korrektələri düzgün idarə etmək;
- İş qrafiki: Bazar ertəsi – Cümə, saat 10:00 – 19:00;
- Rahat və mehriban iş mühiti;
- İş yeri: 28 may.
Tələblər
- Ali təhsil (qrafik dizayn, vizual kommunikasiya və ya əlaqəli sahə üzrə üstünlükdür);
- Qrafik dizayner vəzifəsində minimum 2 illik iş təcrübəsi;
- Adobe Illustrator proqramında mükəmməl işləmə bacarığı;
- Adobe Photoshop proqramında mükəmməl işləmə bacarığı;
- Adobe InDesign, CorelDRAW, Lightroom proqramlarında işləmə bacarığı;
- Adobe After Effects və ya Premiere Pro proqramlarında işləyə bilmək və ya video çəkilişi və montaj bacarığı olan namizədlərə üstünlük veriləcək;
- Yüksək kommunikasiya bacarığı və kreativ düşüncə;
- Komandada və müxtəlif funksional qruplarla birgə işləmə bacarığı;
- Daim öyrənməyə və peşəkar inkişaf etməyə maraqlı olmaq;
- Qrafik dizayn sahəsindəki trendləri izləmək və işinə yaradıcı yeniliklər tətbiq etmək.