Emsan

Qrafik Dizayner

Emsan
Ə/h razılaşma ilə
1058
Tam iş günü
Bakı, Azərbaycan
01.08.2025 00:00 - 01.09.2025 00:00

İş haqqında məlumat

Komandamıza kreativ və innovativ dizayn baxışını dəyişəcək Qrafik Dizayner axtarır! Əgər vizual düşüncəni reallığa çevirmək bacarığınız varsa və dizayn sahəsində özünüzü inkişaf etdirmək istəyirsinizsə, sizi komandamıza dəvət edirik.

  • Şirkətin marketinq və reklam məqsədləri üçün vizual materialların (broşur, flayer, banner, poster, qablaşdırma dizaynları və s.) hazırlanması;
  • Sosial media üçün kreativ postların, story və kampaniya vizuallarının dizaynı;
  • Rəqəmsal və çap platformaları üçün dizaynların brend tələblərinə uyğun hazırlanması;
  • Mövcud dizayn trendlərini izləmək və gündəlik işə tətbiq etmək;
  • Komandadakı digər bölmələrlə sıx əməkdaşlıq edərək effektiv vizual həllər yaratmaq.

İş Şərtləri:

  • Əmək haqqı: Müsahibə əsasında təcrübə və bacarıqlara uyğun təyin olunacaq;
  • İş rejimi: Həftə içi 5 gün / 09:00 – 18:00;
  • İş yeri: RST Global Plaza, Bakı şəhəri (Ulduz metrosu yaxınlığı);
  • Rəsmiləşdirmə: AR Əmək Məcəlləsinə uyğun.

Tələblər

  • Qrafik dizayn və ya əlaqəli sahə üzrə ali təhsil;
  • Yaş həddi:22-35;
  • Sahə üzrə minimum 3 il iş təcrübəsi;
  • Adobe Creative Suite proqramlarını (Photoshop, Illustrator, InDesign və s.) yüksək səviyyədə bilmək;
  • Kreativlik, vizual estetikaya malik olmaq və detala diqqət;
  • Çevik iş rejimində işləyə bilmək, deadline-lara ciddi yanaşmaq;
  • Brend və vizual kommunikasiya anlayışına malik olmaq;
  • Portfolio təqdim edilməsi mütləqdir.

Müraciət:

Yuxarıda qeyd olunan tələblərə cavab verdiyinizi düşünürsünüzsə, mövzu hissəsində “Qrafik Dizayner” qeyd etməklə, şəkilli CV və portfolionuzu [email protected] e-mail ünvanına göndərməyiniz xahiş olunur.

Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.
Yaradıcı yanaşma ilə fərq yaratmaq istəyirsinizsə, sizi komandamızda görməkdən məmnun olarıq!



Oxşar vakansiyalar