Blue Planet Distribution

Qrafik dizayner

Blue Planet Distribution
Ə/h razılaşma ilə
344
Tam iş günü
Bakı, Azərbaycan
18/05/2026 - 01/06/2026

İş haqqında məlumat

  • Sosial media, reklam kampaniyaları, mağazalar və tədbirlər üçün bütün rəqəmsal və çap vizual materiallarının hazırlanması və idarə edilməsi
  • Dizayn briflərinə əsasən kreativ konseptlərin formalaşdırılması və kampaniyalar üzrə vahid vizual istiqamətin təmin edilməsi
  • Qlobal brand-guidelines və brand-book əsasında brend kimliyinin qorunması, lokal marketinq materiallarına uyğunlaşdırılması və zərurət olduqda yenilənməsi
  • Broşura, flayer, poster, banner və digər marketinq materiallarının dizaynı və istehsala hazır faylların hazırlanması
  • Sosial media kontentinin dizaynı, yenilənməsi və vizual ardıcıllığın təmin edilməsi
  • Marketinq komandası və menecerlərə gündəlik dizayn işlərində operativ və yaradıcı dəstəyin göstərilməsi
  • Dizayn prosesindən əvvəl konsept ideyasının hazırlanması və layihənin vizual istiqamətinin müəyyənləşdirilməsi
  • Komanda ilə beyin fırtınalarında iştirak edərək yaradıcı ideyaların irəli sürülməsi və tətbiqi
  • Texniki tələblərə uyğun yüksək keyfiyyətli qrafik materialların hazırlanması
  • Lüks, fashion və idman brendləri üzrə dizayn trendlərinin izlənilməsi və tətbiqi
  • Yeni texnologiyaların (o cümlədən süni intellekt alətləri) öyrənilməsi və iş prosesinə inteqrasiyası
  • Qrafik dizayn və vizual kommunikasiya sahəsində bilik və bacarıqların davamlı inkişaf etdirilməsi

Tələblər

  • Qrafik dizayn sahəsində minimum 2 il iş təcrübəsi
  • Adobe Photoshop, Illustrator və InDesign proqramlarını yüksək səviyyədə bilmək
  • Sosial media vizualları, rəqəmsal bannerlər və çap materiallarının hazırlanması üzrə təcrübə
  • Brendinq, kompozisiya, tipoqrafiya və rəng nəzəriyyəsi üzrə yaxşı biliklər
  • Çap istehsalı üçün faylların hazırlanması bacarığı
  • Əsas motion dizayn/video montaj bacarıqları (After Effects, Premiere Pro) üstünlükdür
  • Kreativ düşüncə və detallara diqqətlilik
  • Dinamik iş mühitində işləmək və deadline-lara riayət etmək bacarığı
  • Komandada işləmək və kommunikasiya bacarıqları
  • Azərbaycan və rus dili bilikləri arzuolunandır; ingilis dili üstünlükdür
  • Retail, moda və lifestyle brendləri ilə iş təcrübəsi üstünlükdür
  • Əvvəlki dizayn layihələrini əks etdirən portfolio mütləqdir

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.


Oxşar vakansiyalar