Bakı,
Azərbaycan
15.05.2025 22:20
-
15.06.2025 12:00
İş haqqında məlumat
- Proqram təminatlarının yeni versiyalarının hazırlanması və quraşdırılması;
- Windows ƏS-də IIS və Linux ƏS-də Nginx serverlərinin quraşdırılması və inzibatçılığı;
- Oracle və MSSQL Server verilənlər bazalarının quraşdırılması və optimallaşdırılması;
- Verilənlər bazasında ehtiyat nüsxələrin avtomatik hazırlanmasının təmin edilməsi və gündəlik nəzarəti;
- Verilənlər bazasının yeni versiyalarının yüklənməsi və sazlanması;
- Rəqabətli əmək haqqı (bilik və təcrübəyə uyğun olaraq);
- Həftənin 5 günü iş rejimi (09:00 - 18:00, istirahət günləri: şənbə, bazar);
- Peşəkar inkişaf və innovativ layihələrdə iştirak imkanı;
- Dostyana və dəstəkləyici iş mühiti.
Tələblər
- Proqram təminatının quraşdırılması üçün versiyalar şəklində quraşdırma paketləri hazırlamaq bacarığı;
- MS Windows, Linux, Unix əməliyyat sistemləri üzrə quraşdırma və inzibatçılıq təcrübəsi;
- Oracle və MSSQL Server verilənlər bazalarının quraşdırılması və inzibatçılığı üzrə biliklər;
- SQL dilində işləmək bacarığı;
- Analitik düşüncə və problem həll etmə bacarığı;
- Tapşırıqlara adaptasiya və sərbəst araşdırma qabiliyyəti;
- Komanda daxilində işləmə bacarığı və kollektiv şüur;
- Diqqətlilik, məsuliyyət və düzgünlük kimi şəxsi keyfiyyətlər;
- Asan ünsiyyət qurma bacarığı və fikirləri strukturlaşdırılmış şəkildə təqdim etmə bacarığı;
- Ali təhsil;
- Ən azı 3 illik müvafiq iş təcrübəsi;
- C# bilikləri olan namizədlərə üstünlük verilir;
- Texniki ingilis dili biliyi (yaxşı bilənlərə üstünlük verilir);
- Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı.