Ləzzət Qida Sənaye

Regionlar üzrə ərazi inkişaf meneceri

Ləzzət Qida Sənaye
1000 ₼
315
Tam iş günü
Bakı, Azərbaycan
20.06.2025 15:35 - 20.07.2025 12:00

İş haqqında məlumat

  • Satış planları və hədəflərinə nail olmaq üçün  satış təmsilçilərinin idarə edilməsi;
  • Müştəriləri cəlb etmək üçün kommersiya təkliflərinin hazırlanması. Müştəri bazasının inkişafı və yeni məhsulların təbliği;
  • Bölmə və əsas müştərilər tərəfindən satış planlaşdırılması, əsas müştərilərlə ticarət danışıqlarının aparılması;
  • Qiymət siyasətinin formalaşdırılması, satışın təhlili və sənədlərin idarə edilməsi. Həftəlik və aylıq satış hesabatlarının hazırlanması;
  • Müştəri debitor borclarının idarə edilməsi;
  • Distribütorların və satış nöqtələrinin ziyarət edilməsi;
  • Regionlarda yaşayan namizədlərə üstünlük veriləcəkdir;
  • Mütəmadi olaraq ezam olunacaq​​;
  • İş qrafiki - həftədə 5 günlük iş rejimi;
  • Əmək haqqı  - 1000 azn +( aylıq bonus);
  • Ünvan: Babək pr, Əlişir Nəvai 17.

Tələblər

  • İş təcrübəsi 3 ildən 5 ilə qədər, ali təhsilli.
  • Əla səviyyədə azərbaycan dili bilikləri;
  • Satış sahəsində bilik və bacarıqların yüksək səviyyədə olması;
  • İdarəetmə bacarığı və müvəffəqiyyətli şəxsi satış təcrübəsi;
  • Strateji qərarlar qəbul etmək və nəticələrə görə məsuliyyət daşımaq;
  • Yüksək liderlik və danışıq qabiliyyətinin olması;
  • Yaş həddi 25-45 yaş arası;
  • Şəxsi avtomobili olanlara üstünlük verilir.