İnomarka..az

Rəqəmsal Marketinq Meneceri

İnomarka.az
Ə/h razılaşma ilə
785
Tam iş günü
Bakı, Azərbaycan
09.09.2025 11:58 - 09.10.2025 12:00

İş haqqında məlumat

Inomarka avtosalonu olaraq komandamıza rəqəmsal marketinq sahəsində təcrübəli və yaradıcı menecer axtarır. Bu rolda siz brendin tanıdılması, onlayn satışların artırılması və reklam effektivliyinin yüksəldilməsi istiqamətində çalışacaqsınız.

  • Bazar və rəqib analizlərinin periodik aparılması;
  • Marketinq strategiyasının və illik planın hazırlanması və icrası;
  • Brendin tanıtım strategiyasının hazırlanması və həyata keçirilməsi;
  • Kontent planlaması və yaradıcı reklamların hazırlanması;
  • Rəqəmsal kampaniyaların planlaşdırılması, həyata keçirilməsi və nəticələrinin ölçülməsi (ROI);
  • Hədəf auditoriyaların düzgün müəyyən edilməsi və reklam targetinqinin effektiv qurulması (Facebook Ads, Google Ads və s.);
  • Marketinq büdcəsinin idarə olunması;
  • Sosial media kontentinin hazırlanması və paylaşımlarının idarə edilməsi.

İş şəraiti:

  • Əməkhaqqı: Müsahibə zamanı razılaşma yolu ilə;
  • İş qrafiki: Həftə içi 5 gün, saat 10:00 – 19:00;
  • İş yeri: Ağ Şəhər ofisimizdə.

Müraciət qaydası:

Zəhmət olmasa, CV-nizi, vəzifənin adını (Rəqəmsal Marketinq Meneceri) və əməkhaqqı gözləntinizi mövzu sətrində qeyd edərək Müraciət Et düyməsində yerləşən elektron poçt ünvanına göndərin.
Qeyd: Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Tələblər

  • Marketinq, biznesin idarə olunması və ya əlaqəli sahə üzrə ali təhsil;
  • Rəqəmsal marketinq sahəsində minimum 2-3 illik iş təcrübəsi;
  • Rəqəmsal platformalarda (Meta, Google, YouTube və s.) reklam yerləşdirmə və targetinq üzrə praktiki bacarıqlar;
  • Azərbaycan və rus dillərini sərbəst bilmək;
  • MS Office proqramlarını, xüsusilə Excel-i yüksək səviyyədə bilmək;
  • Detallara diqqətli, dəqiq və məsuliyyətli olmaq.