Bakı,
Azərbaycan
02.09.2025 11:56
-
02.10.2025 12:00
İş haqqında məlumat
İşə götürən: “GFC” MMC, KFC restoranlar şəbəkəsi.
- Satışların, gəlirlərin və məhsuldarlığın maksimum səviyyədə artırılmasını təmin etmək;
- Qida təhlükəsizliyinin qorunmasına nəzarət etmək;
- Xərclərin optimallaşdırılaraq azaldılmasını təmin etmək;
- Maliyyə göstəricilərinə nail olmaq məqsədilə restoranda müvafiq hədəflər müəyyənləşdirmək;
- Restoranın fasiləsiz və səmərəli fəaliyyəti üçün bütün proseslərin işlək vəziyyətdə olmasına nəzarət etmək;
- Müəyyən edilmiş məqsədlərlə əlaqədar restoranın menecment heyətinin fəaliyyətini qiymətləndirmək;
- Qonaq məmnuniyyətinin yüksək səviyyədə təmin olunmasına nəzarət etmək;
- Satışların düzgün planlaşdırılmasını və aylıq plan göstəricilərinə nail olunmasını təmin etmək;
- Restoranın KPI göstəricilərini hesablamaq və izləmək;
- Müvafiq standartların tam təminatına və icrasına nəzarət etmək;
- Komanda üzvlərinin effektiv şəkildə seçilməsini, işə qəbulunu, təlimini və peşəkar inkişafını təmin etmək;
- Şirkətdə tətbiq edilən alətlərdən istifadə etməklə kadr planlarının hazırlanması və kadr ehtiyatının formalaşdırılmasını təmin etmək;
- Komandanın düzgün seçimini, adaptasiyasını, oriyentasiyasını, təlimini, inkişafını və fəaliyyətinin qiymətləndirilməsini təşkil etmək;
- Restoranın nəticələrini gündəlik, həftəlik və aylıq hesabat formatında təqdim etmək.
İş şəraiti:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- Növbəli 5 günlük iş rejimi;
- Müasir idarəetmə sistemi və mehriban kollektiv;
- Təlim keçmə və karyera artımı imkanları.
Maraqlanan namizədlər öz CV-lərini e-mailın mövzu hissəsində “Restoran müdiri” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Tələblər
- Ali təhsilli olması;
- Səlis azərbaycan dili bilikləri, rus dili- arzuolunandır;
- Restoran idarəetmə sahəsində 4 ildən az olmayaraq iş təcrübəsi (fast food sektoru təcrübə olanlara üstünlük verilir);
- Microsoft Office proqramları üzrə mükəmməl biliklər;
- Xərclərə nəzarət, hesabat və təhlil bacarığına malik olmaq;
- Yüksək liderlik keyfiyyəti, komanda idarəetmə bacarığı;
- Güclü planlaşdırma bacarığına və strateji düşünmə qabiliyyətinə malik olmaq;
- Məsuliyyət, dəqiqlik və karyera qurmaq istəyi.