

Risklərin İdarəedilməsi üzrə Aparıcı Mütəxəssis
Veysəloğlu Şirkətlər Qrupu
Ə/h razılaşma ilə
1756
Tam iş günü
Bakı,
Azərbaycan
08.07.2025 12:27
-
08.08.2025 12:00
İş haqqında məlumat
- İT üzrə risklərin idarəedilməsi strategiyası və siyasətinə riayət edilməsinin monitorinqini aparmaq;
- Risklərin idarəedilməsi ilə bağlı metodologiyaların hazırlanmasında iştirak etmək;
- Mütəmadi olaraq İT risklərin qiymətləndirilməsində iştirak etmək və nəticəsində risk xəritəsini hazırlamaq;
- İT risklərin qiymətləndirilməsini və təhlilini həyata keçirmək;
- İT risklərin qiymətləndirilməsi və idarə edilməsi məqsədi ilə şirkətin digər departamentlərindən, elektron informasiya sistemlərindən, eləcə də xarici mənbələrdən alınmış məlumatları təhlil etmək;
- İT risklər ilə bağlı şirkətin digər departamentlərinə məsləhətlər vermək və metodoloji yardım göstərmək;
- İnsidentlərin idarəolunması sistemi çərçivəsində bildirilmiş fövqəladə İT insidentləri təhlil etmək, risklərin aradan qaldırılması üçün təkliflər vermək;
- Şirkətin aidiyyəti struktur bölmələri ilə birgə fəlakətdən bərpa planının hazırlanmasında iştirak etmək;
- İT risklərinin idarə olunması üzrə daxili qaydalar, proseslər və digər normativ sənədlərin hazırlanmasına və onların yerinə yetirilməsinə nəzarət;
- Dəyişikliklərin idarə olunması prosesində iştirak;
- Şirkətin tərəfindən yaradılan və istifadə edilən İT sistemlərin yoxlanılması və qiymətləndirilməsinin təşkili;
- İş fəaliyyətinə uyğun rəhbərlik tərəfindən verilən tapşırıqları yerinə yetirmək;
- Müxtəlif maraqlı layihələrdə iştirak və peşəkar inkişaf imkanı;
- Təlim və sertifikat proqramlarına dəstək;
- Əməkhaqqı: Müsahibə əsasında təyin olunacaq;
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə;
- İş yeri: Bakı şəhəri;
- İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək.
Tələblər
- İT risklərin qiymətləndirilməsi və idarə edilməsi sahəsində ən azı 2 il iş təcrübəsi;
- Arzu olunan sertifikatlar: CRISC, ISO/IEC 27001 Lead Auditor və ya Lead Implementer, CompTIA Security+;
- ISO 27001, COBIT, NIST və ya oxşar İT idarəetmə və təhlükəsizlik çərçivələri üzrə bilik və tətbiq təcrübəsi;
- Rəqəmsal biznes proseslərinin təhlili, informasiya sistemlərinin audit və yoxlanılması üzrə praktiki təcrübə;
- Məlumatların toplanması, statistik və keyfiyyət göstəricilərinin analizi, risk xəritələrinin və hesabatların hazırlanması üzrə analitik bacarıq;
- Müxtəlif departament və komandalarla effektiv ünsiyyət, məsləhətçilik və təlim keçmə bacarığı;
- İngilis dili üzrə aktiv oxuma, yazma və danışıq bacarığı;
- Problemlərin həll olunmasında kreativ yanaşma;
- Komandada işləmək bacarığı;
- Stressə davamlılıq və vaxtın idarə edilməsi bacarığı.