Grand Agro MMC

Risklərin idarəedilməsi üzrə mütəxəssis

Ə/h razılaşma ilə
3632
Tam iş günü
Bakı, Azərbaycan
16.04.25 - 16.05.25

İş haqqında məlumat

  • Risklərin idarəedilməsi strategiyası və siyasətinə riayət edilməsinin monitorinqini aparmaq;
  • Risk limitlərinə riayət olunmasına daimi nəzarəti həyata keçirmək və pozuntular barədə dərhal məlumat vermək;
  • Risklərinin idarə edilməsi prosesində lazımi hesabatların tərtib edilməsi;
  • Risk skorinq modellərinin hazırlanmasında iştirak etmək;
  • Əsas risk indikatorlarına dair məlumatların toplanması və analizlərin həyata keçirilməsi;
  • Risklərin qiymətləndirilməsi və idarə edilməsi məqsədilə müəssisənin digər departamentlərindən, elektron informasiya sistemlərindən alınmış məlumatları təhlil etmək;
  • İnsidentlərin idarəolunması sistemi çərçivəsində bildirilmiş insidentləri təhlil etmək, risklərin aradan qaldırılması üçün təkliflər vermək
  • Biznes proseslərin qiymətləndirilməsi, risklərin optimallaşdırılması məqsədilə monitorinqlərin həyata keçirilməsi və təkliflərin verilməsi;
  • Daxili audit komandası tərəfindən aşkarlanmış audit çatışmazlıqların aradan qaldırılmasında iştirak.

Tələblər

  • İqtisad sahəsində ali təhsilin olması (Statistika və Riyazi maliyyə üstünlükdür);
  • Daxili Audit, Risklərin İdarə edilməsi, Daxili Nəzarət sahəsində ən azı 1-3 il iş təcrübəsi;
  • Microsoft Office və digər proqramlar;
  • Riskin idarə edilməsi, nəzarət mexanizmlərin və müasir nəzarət strukturları barədə müəyyən edilmiş praktik biliklər.