Bakı,
Azərbaycan
28.04.25
-
28.05.25
İş haqqında məlumat
- Şirkətin işçilərini müntəzəm olaraq ilkin tibbi yardım haqqında təlimatlandırmaq;
- Şirkətin təlimatlarını dəqiq yerinə yetirmək;
- İstehsalat zədələnmələri, zəhərlənmələr və sağlamlığın qəflətən itirilməsi zamanı ilkin tibbi yardım göstərmək;
- İşçilərin fiziki iş qabiliyyətinin bərpa edilməsinə yardım etmək;
- Yaralanmış işçilərə sarğıların qoyulması və dəyişdirilməsi;
- Müntəzəm olaraq işçilərin sağlamlığını müayinə etmək;
- Dərman preparatlarını və zəruri tibbi ləvazimatları qəbul edib, onları prosedur kabinetində tələblərə uyğun saxlayıb, xəstələrə təyinata uyğun vermək;
- Təcili tibbi yardım şkafında, sahələrdə (bölmələrdə) və nəqliyyat vasitələrində olan təcili tibbi yardım çantalarında dərman preparatlarının mövcudluğuna və dərmanların istifadə müddətlərinə nəzarət etmək,yenilənməsini təmin etmək;
- Müvafiq kurator və SƏTƏM işçisi tərəfindən verilmiş digər tapşırıqları yerinə yetirmək.
Tələblər
- Ali tibbi təhsil və ya tibbi kollec;
- Son 3 ildə müvafiq sahədə iş təcrübəsi;
- Tibbi yardım göstərmək üçün setifikat və ya vəsiqə;
- MS Office proqramlarında işləmə bacarığı;
- Hərbidə adiyyatı sahə üzrə təcrübə olması üstünlükdür.