Bakı,
Azərbaycan
03.07.2025 10:59
-
03.08.2025 12:00
İş haqqında məlumat
- Premium yaşayış əmlakının, kommersiya əmlakının və digər obyektlərin satışına dair texniki biliyə, praktiki satış təcrübəsinə və bazar iştirakçıları haqqında məlumata sahib olmaq4
- Müqavilələrin əldə edilməsi üçün danışıqlar aparmaq;
- Müqavilə, qiymət və digər kommersiya şərtləriylə bağlı danışıqların şirkətin mənfəətlilik siyasətiylə uyğunluğunu təmin etmək;
- Müştəri bazasının formalaşdırılmasını və genişləndirilməsini həyata keçirmək;
- Müştərilərlə güclü və uzunmüddətli əlaqələrin qurulmasını və davam etdirilməsini təmin etmək;
- Potensial müştərilərlə görüşlərin təşkil edilməsini və təqdimatların keçirilməsini və yeni imkanların araşdırılmasını təmin etmək;
- Daşınmaz əmlakla əlaqədar müştəriyə dolğun və ətraflı məlumatların vermək;
- Müştərilərə ehtiyaclarına uyğun optimal xidmətləri seçməkdə məsləhət vermək ;
- Potensial müştəriləri təyin etmək, cəlb etmək və mənzillərin satış prosesini uğurla reallaşdırmaq;
- Razılaşma sənədlərinin hazırlanmasını, imzalanmasını təmin etmək;
- Satış direktorunun dəstəyi ilə şirkətin strategiyası və prioritetlərinə uyğun olaraq aylıq, rüblük və illik satışları həyata keçirmək;
- Aylıq, rüblük, illik satış hədəflərinin reallaşmasını əsas performans göstəriciləri (dövriyyə, mənfəət və müştəri məmnuniyyəti) üzrə monitorinq etmək;
- Həftəlik (aylıq) plan və tələb olunan dövrü hesabatların rəhbərliyə təqdim edilməsini təmin etmək;
- Satış strategiyasının icrasını və nəticələrin izlənilməsini həyata keçirmək;
- Strateji qərarların qəbul edilməsinə dəstək vermək üçün vaxtında və düzgün hesabatlar hazırlamaq;
- Texniki mütəxəssislərlə yaxından əməkdaşlıq edərək müştəri tələblərinə ən uyğun həllər hazırlamaq;
- Mövcud müştərilərlə uzunmüddətli əlaqələrin qorunmasını və inkişafını təmin etmək;
- Müqavilə öhdəliklərinin yerinə yetirilməsinə nəzarət etmək;
- Satış sonrası xidmət və müştəri məmnuniyyətini təmin etmək;
- Satışdan sonra ödənişlərin təqdim edilməsinə nəzarət etmək, göstərilən müddətlə təqib edilməsini təmin etmək;
- İş qrafiki 6 günlük, istirahət günü: bazar;
- Sabit və dinamik inkişaf edən şirkətdə iş imkanı;
- Güclü və motivasiyalı komanda ;
- Nahar müəssisə hesabına;
- Əmək haqqı: rəqabətə davamlı + % (fərdi şəkildə müsahibə əsasında müəyyən edilir).
Tələblər
- Ali təhsilli;
- Cins: qadın / kişi;
- Yaş həddi 25-40 yaş arası;
- Daşınmaz əmlak satışı sektorunda azı 4 il iş təcrübəsinə malik;
- B2B satış seqmentinin iş xüsusiyyətləri üzrə praktiki biliklərə sahib;
- Kompüter bilikləri: MS Office və ERP Logo proqramlarında işləmə bacarığı;
- Azərbaycan və rus dillərində səlis danışıq ;
- Satış bacarığı və inandırma qabiliyyəti;
- Müştəriyönümlülük, yüksək ünsiyyət və təqdimat bacarıqları;
- Xoş təəssürat yaradan səliqəli, baxımlı görünüşə malik;
- Komanda işi, təşkilatçılıq və yaradıcı düşünmə bacarıqları;
- Nəticəyönümlülük və təşəbbüskar yanaşma, aktiv və dinamik iş rejiminə uyğunlaşma;
- Premium yaşayış əmlakının satışı sahəsində 2 il iş təcrübəsinə malik;
- Yüksək səviyyədə danışıqlar aparma və satışı reallaşdırma bacarıqları;
- Cinsi: kişi namizədlərə üstünlük verilir;
- Rus dili – sərbəst;
- İngilis dili – orta səviyyədə;
- Səlis nitq qabiliyyəti ;
- Yüksək ünsiyyət bacarığına sahib və hədəf yönümlü olmaq;
- Nəticəyə istiqamətlənmiş, dinamik, enerjili, peşəkar ünsiyyət qurmaq və özünü ifadə etmək bacarığına malik;
- Problemlərin həllində və qərarların qəbul edilməsində strateji və yaradıcı yanaşmaların olması.