Bakı,
Azərbaycan
18.04.25
-
18.05.25
İş haqqında məlumat
- Layihə tapşırığı, texniki şərtlər və digər müvafiq sənədlər əsasında kondisioner, istilik və ventilyasiya sistemlərinin layihələrini AzDTN və digər normativ sənədlərə uyğun şəkildə tərtib etmək;
- Soyutma, istilik və ventilyasiya sistemləri üzrə texniki hesablamalar aparmaq, uyğun avadanlıqları müəyyənləşdirmək;
- Layihələrin konsepsiyası və səmərəliliyi ilə bağlı sifarişçi ilə mütəmadi ünsiyyət qurmaq, hazırlanmış layihələri sifarişçi ilə razılaşdırmaq;
- Avadanlıqların spesifikasiyası, qüsur aktı və digər ümumi layihə sənədlərini tərtib etmək;
- Layihələrin Fövqəladə Hallar Nazirliyinin ekspertiza idarəsi və digər aidiyyəti dövlət qurumları ilə razılaşdırılması prosesində iştirak etmək;
- İstilik, ventilyasiya və su-kanalizasiya sistemlərinin layihələndirilməsi zamanı yerində ölçü işlərində iştirak etmək.
Tələblər
- Ali təhsil (Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Mühəndis sistemlərinin və qurğularının tikintisi” fakültəsi üzrə təhsil üstünlükdür);
- Müvafiq ixtisas üzrə ən azı 3 illik iş təcrübəsi;
- AutoCAD və Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı;
- Rus və ingilis dillərini bilməsi arzuolunandır.