VMF Company

Satıcı

VMF Company
450 ₼
970
Növbəli iş
Bakı, Azərbaycan
08.09.2025 00:00 - 08.10.2025 00:00

İş haqqında məlumat

  • Müştəriləri mağazada gülərüz və nəzakətli qarşılamaq, ehtiyaclarını müəyyənləşdirərək uyğun məhsul təklif etmək;
  • Şirkətin satış standartlarına uyğun olaraq məhsulları təqdim etmək, üstünlüklərini izah etmək;
  • Satış prosesini kassa və digər proqram təminatı vasitəsilə düzgün icra etmək;
  • Günlük satış planının yerinə yetirilməsi üçün aktiv iş aparmaq;
  • Mağazada mövcud olan məhsul çeşidini, qiymətləri və yenilikləri mütəmadi öyrənmək;
  • Malların düzgün yerləşdirilməsini, vitrinlərin və satış sahəsinin səliqəsini təmin etmək;
  • Mal qalığının yoxlanmasında, inventarizasiyada və malların qəbulunda iştirak etmək;
  •  Müştərinin şikayətlərini dinləmək və mağaza rəhbərliyinə operativ məlumat vermək.

İş şəraiti

  • Satıcının iş qrafiki mağazanın fəaliyyət rejiminə uyğun 2 növbəli olaraq müəyyən olunur;
  • Əmək haqqı: 450 AZN (fix) + bonus.
  • Əlaqə:0502578036

Tələblər

  • Təhsil: Orta ixtisas və ya ali təhsil (ticarət, marketinq, xidmət sahəsi üzrə olması arzuolunandır);
  • İş təcrübəsi: Pərakəndə satış və ya müştəri xidmətləri sahəsində azı 1 il iş təcrübəsi (yeni başlayan, amma öyrənməyə həvəsli namizədlərə də üstünlük verilə bilər);
  • Dil bilikləri: Azərbaycan dili sərbəst, rus dili və ingilis dili bilikləri üstünlükdür;
  • Komputer bacarıqları: Kassa proqramları, 1C və digər satış proqramlarından istifadə bacarığı (öyrədilə bilər);
  • Ünsiyyət bacarıqları: Müştərilərlə nəzakətli davranmaq, ünsiyyət qurmaq və inandırmaq bacarığı.


Oxşar vakansiyalar