Camal LTD

Satıcı - kassir

Camal LTD
727 ₼
1338
Tam iş günü
Bakı, Azərbaycan
30.07.2025 19:30 - 30.08.2025 12:00

İş haqqında məlumat

20 ildən artıqdır ki, fəaliyyət göstərən “Camal” LTD şirkəti kiçikdən böyüyə-hər kəsin damaq zövqünə xitab edən ləzzətli dondurmaları ilə istehlakçıların rəğbətini qazanır. “ICELAND” ticarət nişanı altında sevgi ilə hazırlanan dondurmalar rəngarəng görünüşü ilə ilin bütün fəsillərində vitrinləri bəzəyir.

  • Müştəriləri mağazada qarşılamaq, onların tələbatını öyrənmək, məhsullar haqqında ətraflı və doğru məlumat vermək;
  • Müştərinin tələbatına uyğun olaraq müştəriyə düzgün seçim etməyə köməklik göstərmək;
  • Satışın icrasını təmin etmək;
  • Mağaza direktorunun tapşırıqlarını vaxtında və tələb olunan qaydada yerinə yetirmək:
  • Əmək haqqı; 727 azn Gross;
  • AR qanunvericiliyinə əsasən sənədləşmə;
  • İş yeri: Baki şəhəri, Sulutəpə qəsəbəsi,Ruslan Allahverdiyev küçəsi döngə9/21D;
  • Əlaqə nömrəsi:  (012) 310 10 40 (daxili 228); Mob: (+994) 55 500 32 09.

Maraqlanan namizədlərdən mövzu sətrində “Satıcı-kassir” qeyd etməklə CV ni[email protected] mail ünvanına göndərmələri tələb olunur. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Tələblər

  • Təhsil: orta;
  • Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
  • Yaş həddi 25-40;
  • Azərbaycan dili səlis, rus dili arzuolunandır;
  • Müştərilərlə xoş ünsiyyət qurmaq bacarığı, gülərüz olmalı;
  • Dürüstlük, dəqiqlik və məsuliyyətlilik.


Oxşar vakansiyalar