Azelko MMC

Satınalma üzrə aparıcı mütəxəssis

Azelko MMC
Ə/h razılaşma ilə
691
Tam iş günü
Bakı, Azərbaycan
22/05/2026 - 22/06/2026

İş haqqında məlumat

AZELKO” MMC 2008- ci ildən fəaliyyət göstərir.Müəssisəmiz alçaq və orta gərginlikli (36kV – a qədər) dəstləşdirilmiş (komplekt) paylayıcı qurğuların (KPY) istehsalı ilə məşğuldur. 

  • İş vaxtı həftə içi 08:00-dan 17:30-dək 
  • Ünvan: Abşeron ray. Şamaxı şossesi 14km
  • Nahar fasiləsi 12:30-dan 13:30-dək 
  • Nahar şirkət tərəfindən verilir
  • Əmək haqqı: Namizədin bilik və bacarıqlarına əsasən müəyyən edilir. 

Tələblər

  • Yaş:     25-45 yaş
  • Təhsil: Ali təhsil
  • Elektrik Avadanlıqları və Materiallarının Satınalması sahəsində azı 2 il iş təcrübəsi 
  • Bazarın təhlili, tələb olunan materialların daxili və xarici bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlil edilməsi, danışıqların aparılması , uzunmüddətli əməkdaşlıq qurulması və saxlanılması bacarığı
  • Satınalma sahəsində sənəd dövriyyəsinin təşkili və aparma bacarığı
  • Satınalma sorğularının hazırlanması və analiz edilməsi;
  • Satınalma müqavilələrin hazırlanması və nəzarətdə saxlanılması, müqavilədə kommersiya şərtlərinin müəyyən olunması (qiymət, ödəniş, çatdırılma və s.)
  • Ödəniş sorğularını həyata keçirmək, ödənişlərə nəzarət etmək;
  • Alınan və idxal olunan Avadanlıqları və Materiallarının logistika fəaliyyətlərini tənzimləmək, vaxtında və keyfiyyətə uyğun çatdırılmasının nəzarət edilməsi
  • Zədələnmiş və ya yararsız malların müəyyən edilməsi, aktlaşdırılması və silinməsi prosesinin idarə edilməsi 
  • MS Office proqramları
  • 1C ERP sistemləri ilə işləmə bacarığı 
  • İngilis və rus dili 
  • Satınalma zəncirinin bütün aspektlərinə nəzarət edilməsi, hər hansı maneə və ya səmərəsizlik barədə rəhbərliyin dərhal məlumatlandırılması
  • Rəhbərlik, Satınalma və loqistika şöbəsi üçün hesabatları hazırlamaq və vaxtında təqdim etmək.
  • Qərar qəbul etmə meyilli və rəqəmlərlə işləmək bacarığı, detallara qarşı ciddi diqqət yetirməklə, eyni vaxtda çoxsaylı tapşırıqları idarə etmək bacarığı
  • Sifarişlər və satınalma ilə bağlı problemlərin düzgün həllini təmin etmək üçün maliyyə, satış və texniki kimi daxili şöbələrlə koordinasiyalı fəaliyyət 
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, yanğından mühafizə, istehsalat sanitariyası qayda və formalarını bilməli 

Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərini <[email protected]>  e-mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Satınalma üzrə aparıcı mütəxəssis” qeyd etmələri xahiş olunur.