Autopia

Satınalma üzrə assistent

Ə/h razılaşma ilə
2320
Tam iş günü
Bakı, Azərbaycan
10.04.25 - 10.05.25

İş haqqında məlumat

  • Satınalma prosesinin şirkətin strategiyasına uyğun həyata keçirilməsi;
  • Yönləndirilmiş sorğular əsasında   mal-materialların ilk öncə  texniki məlumat və qiymət araşdırılmasını, daha sonra xarici və daxili bazar araşdırmasını aparıb uyğun təchizatçı şirkətlərin tədqiqini  həyata keçirmək;
  • Təkliflər sorğusu və məlumat sorğusunun hazırlanaraq Təsdiqlənmiş Təchizatçı Siyahısında mövcud olan və eləcə də bazar araşdırması zamanı müəyyən edilmiş alternativ təchizatçılara göndərilməsi prosesinə dəstək göstərilməsi;
  • Yerli və xarici təchizatçılarla kommersiya şərtləri üzrə şifahi və yazılı danışıqların aparılması;
  • Qəbul edilmiş təkliflərin keyfiyyət, qiymət, çatdırılma və təsnifat cəhətdən təhlil edilməsi;
  • Təchizatçı və tədarükçü bazasının yaradılması və aylıq yenilənməsi;
  • Çatdırılma şərtlərinin şirkətin ehtiyaclarına uyğunlaşdırılması;
  • Müvafiq alış üzrə sənədlərin tərtib edilməsi və ya təqdim edilmiş sənədlərin yoxlanması və sənədləşmə prosesində şirkətin maraqlarının qorunmasının nəzarətdə saxlanılması;
  • Təchizatçılar tərəfindən satınalma sənədlərinin vaxtında təhvil verilməsinə nəzarət edərək, ödəniş şərtlərinə əsasən müvafiq sənədlərin zamanında mühasibatlığa təqdim edilməsi;
  • Alış qaimələrinin 1C 8.3 ERP sisteminə işlənməsi
  • Şirkətə daxil olmuş sorğular üzrə müvafiq təkliflərin hazırlanmasına dəstək göstərilməsi;
  • Təchizatçılar qarşısında olan ödəniş öhdəlikləri üzrə, o cümlədən müvafiq alış və logistika əməliyyatı üzrə hesabatların hazırlanması;
  • Təhlillərin aparılması və hesabatların hazırlanması və rəhbərliyə hesabatların təqdim olunması;
  • Qanunvericiliyə uyğun olaraq kommersiya sirrinin və xidməti məlumatların qorunmasını təmin etmək;
  • Təchizat və satınalma üzrə şöbə müdiri tərəfindən verilən digər tapşırıqların icrası;
  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə;
  • Korporativ nömrə;
  • İşin öyrədilməsi;
  • Şəxsi və peşəkar inkişaf imkanları;
  • Yeni məzunlara, iş təcrübəsi az olan və ya olmayanlara üstünlük veriləcək;
  • Maliyyə, biznes idarəçiliyi, beynəlxalq münasibətlər, logistika, aqrar və maşınqayırma sahəsində təhsil almış namizədlər xüsusilə maraqlıdır;
  • İş qrafiki: 5 günlük iş həftəsi, 9:00-18:00;
  • İş yeri: Bakı şəhəri, Binəqədi rayonu, 9-cu MKR, Mir Cəlal küçəsi.

Tələblər

  • Təhsil: Ali təhsil;
  • Dil bilikləri: Azərbaycan dili səlis, İngilis dili yaxşı;
  • Kompüter bilikləri: MS Office (Word, Excel) yaxşı səviyyədə;
  • İş təcrübəsi: tələb edilmir;
  • Fərdi keyfiyyətlər: punktual, məsuliyyətli, işə həvəslə yanaşma, ünsiyyətcil, səliqəli görünüş;
  • Peşəkar keyfiyyətlər: analitik düşünmə, problem analiz etmə, detallara diqqət, nizam-intizam, korporativ etikaya və subordinasiya qaydalarına riayət emtək;
  • Qanunvericiliyə uyğun olaraq kommersiya sirrinin və xidməti məlumatların qorunmasını təmin etmək.

Oxşar vakansiyalar