Bakı,
Azərbaycan
14.07.2025 13:44
-
14.08.2025 12:00
İş haqqında məlumat
- Daxili və xarici bazarlardan printer, kartric və digər texniki məhsulların planlı və operativ şəkildə alınması;
- Təchizatçılarla münasibətlərin qurulması və inkişaf etdirilməsi (qiymət, keyfiyyət və çatdırılma şərtlərinin razılaşdırılması);
- Bazar qiymətlərinin mütəmadi monitorinqi və müqayisəsi;
- Şirkətdaxili satınalma tələblərinin toplanması və ehtiyac planlamasının aparılması;
- Logistika və gömrük məsələlərinin koordinasiyası (xarici alışlar zamanı);
- Alınmış məhsulların qiymət və keyfiyyət baxımından təhlili, rəhbərliyə hesabatların təqdim edilməsi;
- Satınalma sənədlərinin tam və düzgün şəkildə hazırlanması və arxivləşdirilməsi;
- Rahat və sistemli iş mühiti;
- Daxili və xarici bazarlarla işləmək imkanı və təcrübə qazanmaq şansı;
- Peşəkar komanda və inkişaf yönümlü mühit;
- 6 günlük iş qrafiki (bazar günü istirahət);
- Rəsmi əmək müqaviləsi.
Tələblər
- Satınalma və təchizat sahəsində minimum 1-2 il iş təcrübəsi;
- Yerli və beynəlxalq bazarlarla işləmə təcrübəsi, o cümlədən xarici tərəfdaşlarla yazışma;
- Analitik düşüncə, müqayisəli təhlil və qərarvermə bacarığı;
- MS Excel və ofis proqramlarında sərbəst işləmək bacarığı;
- Azərbaycan dili sərbəst, İngilis dili biliyi üstünlükdür;
- Detallara diqqətli, təşkiletmə bacarığı yüksək və vaxtında işi təhvil verə bilən namizəd.