Improtex Group

Satınalma üzrə mütəxəssis

Improtex Group
1800 - 2400 ₼
2074
Tam iş günü
Bakı, Azərbaycan
04.09.2025 10:02 - 04.10.2025 12:00

İş haqqında məlumat

  • Şirkətin daxili və xarici satınalma ehtiyyaclarını müəyyən etmək və icrasını təşkil etmək;
  • Yerli və beynəlxalq bazarlarda potensial təchizatçıların araşdırılması, qiymət təkliflərinin toplanması və müqayisəsi;
  • Müqavilə şərtlərinin razılaşdırılması, satınalma müqavilələrinin hazırlanması və icrasına nəzarət;
  • İdxal-ixrac prosedurlarınnın təşkili, gömrük rəsmləşdirilməsi və logistika proseslərinin koordinasiyası;
  • Yerli bazardan avadanlıq, material, ofis ləvazimatları və digər ehtiyacların təmin olunması;
  • Satınalmaların büdcəyə uyğunluğuna və səmərəliyinə nəzarət, xərclərin optimallaşdırılması;
  • Satınalmalar üzrə hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
  • Təchizatçılarla uzunmüddətli əməkdaşlıq münasibətlərinin qurulması və inkişafı.

İş qrafiki:

  • 6 günlük iş həftəsi, Şənbə - qısaldılmış iş günü;
  • Nahar fasiləsi: 13:00 – 14:00;
  • Əmək haqqı: 1800-2000 AZN.

Maraqlanan şəxslər öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Uyğun olmayan namizədlərin CV-lərinə baxılmayacaq.

Tələblər

  • Ali texniki təhsil ( iqtisadiyyat və logistika bilikləri daxil);
  • Satınalma və təchizat sahəsində minimum 2-3 il iş təcrübəsi;
  • Yüksək səviyyədə ingilis dili biliyi;
  • Yerli və xarici bazar bilikləri;
  • İdxal-ixrac prosedurları və gömrük qaydaları haqqında biliklər;
  • MS Office proqramlarında sərbəst işləmək bacarığı;
  • Ünsiyyət və danışıqlar aparma bacarığı;
  • Vaxtın idarə olunması və məsuliyyətli yanaşma.