İMEC Mühəndislik

Satınalma və Təchizat üzrə mütəxəssis

İMEC Mühəndislik
Ə/h razılaşma ilə
501
Tam iş günü
Bakı, Azərbaycan
25.07.2025 11:41 - 25.08.2025 12:00

İş haqqında məlumat

  • Yerli və xarici bazarlardan təchizat proseslərinin təşkili və həyata keçirilməsi;
  • Satınalma tələblərinin araşdırılması və uyğun təchizatçıların tapılması;
  • Təkliflərin toplanması, müqayisə və təhlil edilməsi;
  • Təchizatçılarla danışıqların aparılması və qiymət razılaşmalarının əldə olunması;
  • Müqavilələrin hazırlanmasında və bağlanmasında iştirak;
  • Sifarişlərin izlənilməsi və vaxtında çatdırılmasına nəzarət;
  • Anbar və istehsalat şöbəsi ilə koordinasiyalı şəkildə işləmək;
  • Təchizatla bağlı hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
  • Bazar araşdırması aparmaq və yeni təchizat imkanlarını dəyərləndirmək;
  • Keyfiyyət və texniki tələblərə uyğunluğun təmin olunması;
  • Rəsmi sənədləşmə;
  • İş rejimi: 5 günlük;
  • İş vaxtı: 09:00-18:00;
  • Nahar vaxtı: 13:00-14:00;
  • İstirahət günü: şənbə, bazar;
  • Əmək haqqı: 1500 AZN(başlanğıc);
  • İş yeri: Xətai rayonu, 8 Noyabr pr 23, Amay Ticarət Mərkəzinin 7-ci mərtəbəsi.

Tələblər

  • Ali təhsil (iqtisadiyyat, mühəndislik, logistika və ya əlaqəli sahə üzrə);
  • Təchizat və satınalma prosesləri üzrə minimum 3 il iş təcrübəsi;
  • Yerli və xarici bazar üzrə biliklər;
  • Müqavilə, təklif və qiymət analizləri üzrə anlayış
  • MS Office proqramlarında (xüsusilə Excel) sərbəst işləmək bacarığı;
  • ERP sistemləri ilə işləmək təcrübəsi (məsələn, 1C, SAP və s.) — üstünlükdür;
  • Analitik düşünmə və detallara diqqət yetirmə bacarığı;
  • Effektiv ünsiyyət və komandada işləmək qabiliyyəti;
  • Danışıqlar aparmaq bacarığı və inandırıcılıq;
  • Azərbaycan dilində səlis, rus və ingilis dillərində yazılı və şifahi ünsiyyət bacarığı (xüsusilə ingilis dili üstünlükdür);
  • Tapşırıqları vaxtında və məsuliyyətlə yerinə yetirmək bacarığı.


Oxşar vakansiyalar