İnomarka..az

Satış Meneceri

İnomarka.az
Ə/h razılaşma ilə
989
Tam iş günü
Bakı, Azərbaycan
08.09.2025 12:22 - 08.10.2025 12:00

İş haqqında məlumat

Loqistika şirkətinə satış meneceri tələb olunur.

  • Potensial müştərilərin axtarışı və onlarla ilkin əlaqələrin qurulması;
  • Şirkətin loqistika xidmətlərinin (daşımalar, gömrük rəsmiləşdirilməsi və s.) təqdimatı;
  • Müştərilərlə danışıqlar aparmaq, kommersiya təklifləri hazırlamaq və müqavilələrin bağlanmasını təmin etmək;
  • Mövcud müştərilərlə uzunmüddətli əməkdaşlıq əlaqələrinin saxlanılması və inkişafı;;
  • Satış planının yerinə yetirilməsi və aylıq/illik hədəflərə çatmaq;
  • Bazar araşdırmaları aparmaq, rəqiblərin fəaliyyətini izləmək və satış strategiyalarını təkmilləşdirmək;
  • Satış prosesində əməliyyat, maliyyə və müştəri xidməti şöbələri ilə koordinasiyalı işləmək;
  • Müştərilərə yüksək səviyyəli dəstək və xidmət göstərilməsini təmin etmək.

İş şəraiti:

  • İş qrafiki: 5/2, 09:00 – 18:00;
  • Əmək haqqı: sabit + bonus (satış planına əsasən);
  • İş yeri: 28 May yaxınlığında yerləşən ofis;
  • Loqistika sahəsində peşəkar inkişaf və karyera imkanları.

Müraciət qaydası:

Zəhmət olmasa, CV-nizi, mövzu sətrində  vəzifənin adını (reception) qeyd edərək Müraciət Et düyməsində yerləşən elektron poçt ünvanına göndərin.
Qeyd: Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Tələblər

  • Ali təhsil (biznes, iqtisadiyyat, loqistika və ya oxşar sahələr üstünlükdür);
  • Loqistika və ya nəqliyyat sektorunda satış təcrübəsi arzuolunandır;
  • Azərbaycan və rus dillərində sərbəst ünsiyyət, ingilis dili üstünlükdür;
  • Satış bacarığı, güclü təqdimat və danışıqlar aparma qabiliyyəti;
  • MS Office proqramlarında işləmə bacarığı;
  • Nəticəyönümlü, təşəbbüskar və məsuliyyətli olmaq.


Oxşar vakansiyalar