Ikma

Satış Meneceri - Lift sektoru üzrə

Ə/h razılaşma ilə
2958
Tam iş günü
Bakı, Azərbaycan
09.04.25 - 09.05.25

İş haqqında məlumat

Lift sənayesində fəaliyyət göstərən komandamıza qoşulmaq üçün təşəbbüskar və nəticə yönümlü bir Satış Meneceri axtarırıq. Bu rolda, müştəri əlaqələrinin effektiv idarə olunması, mövcud və potensial müştərilərlə yeni biznes imkanlarının yaradılması və sifariş portfelimizin , mənfəətimizin artırılmasını təmin edəcək müqavilələrin bağlanması əsas vəzifələriniz olacaq.

Satış və Danışıqlar:

  • Müqavilələrin əldə edilməsi üçün danışıqlar aparmaq, yüksək təqdimat etmə bacarığı və müqavilələri imzalamaq.

Konsultativ Satış:

  • Müştərilərə ehtiyaclarına uyğun optimal avadanlıq və xidmətləri seçməkdə məsləhət vermək.

Bazar Araşdırması:

  • Bazar məlumatlarını araşdırmaq və təhlil edərək müştəri bazasını genişləndirmək və yeni imkanları aşkar etmək.

Müştəri Əlaqələrinin İdarəedilməsi:

  • Mövcud müştərilərlə uzunmüddətli əlaqələri qorumaq və inkişaf etdirmək.

Texniki Əməkdaşlıq:

  • Texniki mütəxəssislərlə yaxından əməkdaşlıq edərək müştəri tələblərinə ən uyğun həllər hazırlamaq.

Bazar nəzarəti:

  • Sənaye trendlərini və rəqabət dinamikasını izləyərək bazarda qabaqda olmaq.

Hesabat:

  • Strateji qərarların qəbul edilməsinə dəstək vermək üçün vaxtında və düzgün hesabatlar hazırlamaq.

Maliyyə Nəzarəti:

  • Müqavilə öhdəliklərinin yerinə yetirilməsinə nəzarət.

Tələblər

  • Lift və ya oxşar tikinti avadanlıqları sahəsində və ya B2B satış sektorlarında təcrübə;
  • Yüksək səviyyədə danışıqlar aparma və satış bacarıqları;
  • Yüksək nəticə əldə etməyə meyilli, məsuliyyətli və təşəbbüskar yanaşma;
  • Ehtiyac olduqda ezamiyyətə getməli ( xarici ölkələr );
  • Səlis Azərbaycan dili ( İngilis və Rus dili üstünlükdür );
  • Sürücülük vəsiqəsi olan və sürücülük təcrübəsinə sahib namizədlər tələb olunur ( şirkət avtomobil ilə təmin edir ).

Oxşar vakansiyalar